Modern.az

Azad olunmuş rayonların hərbi hazırlıq müəllimləri bir araya gətirildi

Azad olunmuş rayonların hərbi hazırlıq müəllimləri bir araya gətirildi

27 Sentyabr 2021, 22:08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocalı və Xocavənd rayonları üzrə təhsil müəssisələrində fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri ilə vebinar təşkil olunub.

Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, vebinarda çıxış edən SHXÇDX-nin baş idarə rəisinin müavini polkovnik Azər Babayev ötən il sentyabr ayının 27-də Ermənistanın növbəti təxribat cəhdinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatının hərb tariximizə qızıl hərflərlə yazıldığını bildirib.

A.Babayev Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, Silahlı Qüvvələrimizin əzminin və peşəkarlığının, respublikanın iqtisadi gücünün, xalqın birliyinin Böyük Zəfərin qazanılmasında müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov Vətən Müharibəsi dövründə xalqımızın həmrəyliyinin yüksək səviyyədə olduğunu, vətəndaşların ordu sıralarına göndərilmələri üçün kütləvi formada Xidmətin yerli struktur bölmələrinə gəldiklərini xatırladıb, bunu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilmiş işlərin müsbət nəticəsi kimi qiymətləndirib.

Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini və düşmən üzərində tarixi zəfər qazandığını diqqətə çatdırıb.

Vebinarda iştirak edən Şuşa şəhər 6 saylı, Füzuli rayonu Əhmədbəyli kənd tam orta məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri Asəf Məhərrəmov, Tofiq Əliyev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir