Modern.az

Xankəndidə Zəfər Parkında Zəfər marşı səsləndirildi - FOTO

Xankəndidə Zəfər Parkında Zəfər marşı səsləndirildi - FOTO

Aktual

26 İyun 2026, 11:12

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Xankəndi şəhərində yerləşən Zəfər Parkında bayram tədbiri keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbir çərçivəsində Müdafiə Nazirliyinin hərbi orkestri Zəfər marşını ifa edib. Parkda səslənən marş bayram ab-havası yaradaraq, şəhər sakinlərinin böyük marağına səbəb olub.

Sakinlər hərbçilərin ifasını alqışlarla qarşılayıb, dövlət rəmzlərinə və Azərbaycan Ordusuna hörmətlərini ifadə ediblər.

Bayram tədbiri vətənpərvərlik ruhunun təbliği, Silahlı Qüvvələrə ehtiramın nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, 26 İyun– Silahlı Qüvvələr Günü münasibətilə Xankəndi şəhərində hərbi yürüş də keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi