Futbol üzrə Dünya Çempionatı-2026-da qrup mərhələsinin 3-cü turu davam edir.
İyunun 25-26-da keçirilən oyunlardan sonra “pley-off”a çıxan daha bir neçə milli komandanın adına aydınlıq gəlib.
Modern.az xəbər verir ki, A, B, C, D, E, F qruplarında bütün oyunlar başa çatıb. Nəticədə “pley-off”da oynayacaq 32 komandadan 20-si artıq müəyyənləşib.
Meksika, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Kanada, Mərakeş, Cənubi Afrika Respublikası, Bosniya və Herseqovina, Kot-d'İvuar, Ekvador, Niderland, Yaponiya, İsveç, Avstraliya, Paraqvay milli komandaları “pley-off”a vəsiqə qazanıblar.
Qeyd edək ki, "pley-off"da qarşılaşacaq beş cütlük də artıq məlumdur:
Cənubi Afrika Respublikası - Kanada.
Niderland – Mərakeş
Almaniya – Paraqvay
ABŞ – Bosniya və Herseqovina
Braziliya - Yaponiya
1/16 final mərhələsinin qarşılaşmalarına iyunun 28-də start veriləcək.