Arxiv
13 Oktyabr 2021, 18:00 | AKTUAL
Səməd Seyidov pakistanlı səfirlə GÖRÜŞDÜ

Oktyabrın 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, qonağı salamlayan Səməd Seyidov Azərbaycanla Pakistanı ortaq dəyərlər, qardaşlıq əlaqələri birləşdirdiyini və aramızdakı münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib. Komitə sədri Azərbaycanın Pakistanla münasibətləri daha da inkişaf etdirməyə xüsusi önəm verdiyini vurğulayıb. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlandığı dövrdə də, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı 44 günlük Vətən müharibəsində də Pakistanın haqq işimizi qətiyyətlə müdafiə etməsini, siyasi və mənəvi dəstək göstərməsini yüksək qiymətləndirib.

 

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, hökumətlərimiz və xalqlarımız arasında  yaxın əlaqələrin mövcudluğu ali qanunvericilik orqanlarımızın münasibətlərində də öz əksini tapıb. Məhz bu münasibətlərin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan, Türkiyə, və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün keçirilməsinin, üçtərəfli parlament əməkdaşlıq formatının təsis edilməsinin və Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyəti xüsusi vurğulanıb.

 

Milli Məclisin komitə sədri müharibədən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın bölgə dövlətlərinə fayda verəcək iqtisadi əməkdaşlıq təklifləri və davamlı sülhün bərqərar edilməsi istiqamətində təşəbbüsləri barədə danışıb.

 

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, bölgədə yeni inkişaf imkanlarının yaranmasını alqışlayıb. 

 

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, müxtəlif platformalarda siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Çin və Rusiya ilə rəqabətini kosmosa daşıyır 2 Dekabr 2021, 00:50 Əfqanıstan-İran sərhədində ATIŞMA 2 Dekabr 2021, 00:33 Bolqarıstan səfirliyindən başsağlığı 2 Dekabr 2021, 00:06 "Omikron" ştammı ABŞ-da 1 Dekabr 2021, 23:37 Türkiyədə koronavirusla bağlı son vəziyyət 1 Dekabr 2021, 23:23 Ombudsman İtaliyadadı 1 Dekabr 2021, 23:12 Qırğızıstan-Tacikistan sərhədində atışma 1 Dekabr 2021, 22:53 Tofiq Yaqublu xəstəxanaya aparıldı 1 Dekabr 2021, 22:46 Fərid Qayıbov medal qazanmış karateçilərlə GÖRÜŞDÜ 1 Dekabr 2021, 22:26 Makron Consonu təlxək adlandırdı 1 Dekabr 2021, 22:16 Bakıda yaşayış evində partlayış 1 Dekabr 2021, 21:56 Türk dünyasında PUA faktoru 1 Dekabr 2021, 21:35 Əməkdar artist əməliyyat olundu 1 Dekabr 2021, 21:22 Nigeriyada gəmi batdı - 29 ölü 1 Dekabr 2021, 21:14 Almaniyada bomba partladı - Yaralılar var 1 Dekabr 2021, 20:46 Laçın aeroportu bölgənin turizm potensialını artıracaq 1 Dekabr 2021, 20:32 ABŞ-da virusdan ölənlərin sayı 780 mini keçdi 1 Dekabr 2021, 20:23 NATO-dan Rusiyaya növbəti xəbərdarlıq 1 Dekabr 2021, 20:12 Meksika səfirliyindən başsağlığı 1 Dekabr 2021, 19:53 Türkiyədən Qarabağa daha bir dəstək 1 Dekabr 2021, 19:37 DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq 1 Dekabr 2021, 19:30 Bu ölkənin ilk dəfə qadın prezidenti olacaq 1 Dekabr 2021, 19:25 ABŞ Yunanıstana hərbi sərmayələrini artırır 1 Dekabr 2021, 19:10 İran parlamentində YANĞIN 1 Dekabr 2021, 19:00 9 min manatı gömrükdən qanunsuz keçirmək istədilər 1 Dekabr 2021, 18:54 Serbiya səfirliyindən başsağlığı 1 Dekabr 2021, 18:48 "Buster" doza vurduranlar 1 milyona ÇATIR 1 Dekabr 2021, 18:42 Sağalanlar yoluxanlardan çoxdur - 28 nəfər öldü 1 Dekabr 2021, 18:36 Yaponiya Səfirliyi də başsağlığı verdi 1 Dekabr 2021, 18:30 Bakıda avtomobildən oğurluq - 10 min 1 Dekabr 2021, 18:24 Bərdədə güclü külək - Binanın damı uçdu 1 Dekabr 2021, 18:18 ABŞ səfiri Tərtərdə - FOTO 1 Dekabr 2021, 18:12 ABB-də cəmi 13%-lə kredit! 1 Dekabr 2021, 18:06 Yaralı zabit qəza anından danışdı: “Helikopter qəfildən yerə çırpıldı 1 Dekabr 2021, 18:03 Ceyhun Bayramov Mirzoyanla İsveçdə görüşəcək 1 Dekabr 2021, 18:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?