Modern.az

Polşa Türkiyədən yeni silahlar alacaq

Polşa Türkiyədən yeni silahlar alacaq

Dünya

15 Oktyabr 2021, 20:34

Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün polşalı həmkarı Mariuş Blazçak ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçirilən ikitərəfli görüşlərdən sonra mətbuat konfransı keçirilib.

 

Polşanın müdafiə naziri ölkəsinin Türkiyədən yeni silahlar alacağını və bununla əlaqədar Türkiyəyə heyət göndəriləcəyini bildirib.

 

“Biz silah texnologiyalarının birgə inkişafı və hərbi texnika sahəsində təcrübə mübadiləsində maraqlıyıq”, - deyə o qeyd edib.

 

Nazir vurğulayıb ki, hərbi əməkdaşlıq təkcə hərbi texnika deyil, həm də Polşa və Türkiyə əsgərlərinin birgə təlimləri və birgə missiyalarımı əhatə edir.

 

Xatırladaq ki, bu il Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları alıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır