Arxiv
16 Oktyabr 2021, 16:10 | AKTUAL
Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR

Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, yəni qazın alınmasına sərf edilən xərclər əsas götürülür.

 

Əvvəlki illərdə qazın topdan alışını və satışını SOCAR həyata keçirirdi. SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər və SOCAR beləliklə Azərbaycanın təbii qaza olan təlabatını təmin etmək üçün başqa şirkətlərdən də təbii qazı alırdı. Özəlliklə, "Şahdəniz" konsorsiumundan qaz alınırdı.

 

Bunu Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

 

Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, qazın topdan alışı və satışını "Azərkontrakt" şirkəti həyata keçirir: "Bu da dövlət şirkətidir, lakin tam müstəqildir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan satış qiymətinə alaraq qazpaylayıcı şəbəkələrə, Azərenerji və s. satmaqdadır. Azərkontraktın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Yəni, məsələn, "Şahdəniz"dən aldığı qazın bir qismi bazar qiymətlərindən asılıdır və bazarda qiymətlər artdıqca həmin qazın da dəyəri və qiyməti də artmaqdadır. Buradan isə qazı alan tərəf, dövləti təmsil edən bu şirkətin də xərci artır, qazın satış tarifləri isə dəyişmədikcə bu xərclərdə olan artımın da kompensasiyası mümkün olmur. Ya gərək dövlət subsidiyalaşdırsın ki, bunun da müəyyən fəsadları var, dövlət büdcəsi üçün əlavə yük yaradır və uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür. Ya da ki qiymət artımı baş verməlidir. Qiymət artımının da əsas səbəbi bu görünür. Hazırda dünyada qaz qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə ondəfələrlə qalxıb, 20-30 dəfə qalxıb. Belə olan halda, təbii ki, "Azərkontrakt"ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, ona sərf edilən xərc də müəyyən qədər artmışdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verdi 30 Noyabr 2021, 16:13 Helikopter qəzasında həlak olanların SİYAHISI 30 Noyabr 2021, 16:12 Şəhidin ildönümündə məzarı ziyarət olunub - FOTO 30 Noyabr 2021, 15:55 BMU ilə Fondu arasında əməkdaşlıq memorandumu imzalandı 30 Noyabr 2021, 15:50 Lavrov Blinkenlə görüşəcək 30 Noyabr 2021, 15:44 Hulusi Akar Elçin Quliyevə və Zakir Həsənova ZƏNG ETDİ 30 Noyabr 2021, 15:38 Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur 30 Noyabr 2021, 15:33 Bakıda daha bir məktəb koronavirusdan BAĞLANDI 30 Noyabr 2021, 15:27 İranda daha 119 nəfər koronavirusdan öldü 30 Noyabr 2021, 15:21 Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi 30 Noyabr 2021, 15:15 Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53 Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!” 30 Noyabr 2021, 13:49 3 baş nazirləri bir arada 30 Noyabr 2021, 13:43 “Omicron” təhlükəli deyil 30 Noyabr 2021, 13:42 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - Nazir 30 Noyabr 2021, 13:40 SOCAR-ın strategiyasında alternativ enerji yer alıb 30 Noyabr 2021, 13:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?