Modern.az

ATƏT sədri sabah Azərbaycana gələcək

ATƏT sədri sabah Azərbaycana gələcək

Ölkə

3 Avqust 2026, 13:08

İsveçrə Federal Şurasının üzvü İqnatsio Kassis ATƏT-in fəaliyyətdə olan sədri qismində sabah Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata əsasən, müzakirələrdə ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh səyləri və İsveçrənin ATƏT-ə 2026-cı il sədrliyi çərçivəsində Mərkəzi Asiyadakı rolu əsas diqqət mərkəzində olacaq. Bu səfər regional turun ilk mərhələsidir.

Səfər proqramına əsasən, bu ilin payızında Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada