Modern.az

Natiq Cəfərlidən Ağasif Şakiroğluna sərt cavab: "O, ciddi adam deyil"

Natiq Cəfərlidən Ağasif Şakiroğluna sərt cavab: "O, ciddi adam deyil"

Aktual

Bu gün, 17:36

Xəbər verdiyimiz kimi Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu "Facebook" hesabında REAL Partiyasının keçmiş sədri İlqar Məmmədovu ittiham edən post paylaşıb. Onun quru sərhədləri ilə bağlı paylaşımını tənqid edən A. Şakiroğlu İlqar Məmmədovun şəxsi barədə alçaldıcı ifadələrə də yer verib.

Mən bu “kişiyə” bir dəfə demişəm, təkrar edirəm - ilk öncə qlobal məsələlərə sahiblənmək, özünün olmayan ağlını göstərmək istəyirsənsə ilk vəfanı unutma və vəfana sahib çıx… Bəlkə də eynəyin tərləndə, papağın istilikdən düşəndə, hətda ola bilər ki, həmin anda, həmin dövrdə boynun tez-tez tərləyəndə bəlkə də həzz almısan… Amma unutma ki, heç də bütün ətrafındakılar sənlə eyni həzzi almış olub.. Vəfası korlanmış sənə son dəfə xəbərdarlıq edirəm: Özünlə xalqımızı bir tutma. Buna sənin nə mənəvi nə də mənəviyyatsız haqqın çatmır! Tövsiyyəm o dəfə olduğu kimidir, başını aşağı sal - vəfana sahib çıx!"

Modern.az bununla əlaqədar olaraq REAL Partiyasının sədri Natiq Cəfərli ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında partiya sədri Ağasif Şakiroğlunu qeyri-ciddi adam adlandırıb.

“REAL Partiyası ciddi bir siyasi təşkilatdır. Biz ciddi adamlara cavab veririk. Ağasif Şakiroğlu isə ciddi adam deyil”, - deyə partiya sədri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var