Modern.az

Qarabağ Azərbaycan uğrunda savaş idi

Qarabağ Azərbaycan uğrunda savaş idi

Aktual

21 Oktyabr 2021, 13:00

Zahid Oruc,
deputat

İki yüz ilə yaxındır ki, Qarabağ milli-etnik, regional və dövlətlərarası konfliktlərin mərkəzində, öz miqyasından qat-qat böyük qüvvələrin savaş meydanı olaraq qalmaqda idi. Öz-özlyündə cəmi 4.38 min kvadrat kilometrlik bir ərazi-inzibati vahidi özündən çox böyük siyasi mərkəzlərin maraqlarının cəmləşdiyi nüvə mərkəzi olaraq qalır. SSRİ-nin dağılmasının Qarabağ kimi ərazilərdən başlandığı heç kəsə sirr deyil.Sonrakı zənzirvari reaksiyalar-işğalçılıq və cinayətkar separatizm dalğası digər sosialist ölkələrə sıçradı və bununla da lokal miqyaslı olmadğını sübut etdi.İndi əks proseslər Qarabağın yeni durumu əsasında gedir. Separatizmə qarşı mübarizə aparanlar, bütövlük uğrunda savaşanlar və ədalət tələb edən ölkələr-xalqlar Azərbaycanın Zəfərini bir simvol kimi qəbul edərək yaranmış yeni presedentdən yararlanaraq, dünyada fərqli eraya qədəm qoyurlar. Zəfərimiz dünyada ədalət tərəfdarı olan hər bir dövləti qələbəsinə çevrilib.

Dünyada 52-dən artıq etnik-milli və dövlətlərarası konflikt mövcuddur.Birləşmiş Millətlər Təşkilatının rəsmi statistikasına görə 82 milyondan çox məcburi köçkün-qaçqın ağır şəraitdə yaşayır.Vətən müharibəsi bizi o siyahıdan çıxardı.Artıq dövlətçiliyimiz tariximizdə köçkünlükdən geri qayıdış mərəhələsi başlayıb və ölkə rəhbəri bütün tarixi torpaqlara qayıtmaq mesajı verib.

Əlbəttə, Qələbə həm də bütün ssenarilərin kontekstində daha aydın və əzəmətli görünür. Əgər biz savaşı qazana bilməsəydik(bu haqda bir nəfər belə haqlı olaarq, düşünməyib), təkcə ölkəmizin hazırki ictimai-siyasi və iqtisadi reallığı ağır gərginliyin içərisinə düşməyəcəkdi, həm də öz qüvvəsinə inamı məhv olan bir xalqın dövlətçiliyi sarsıla bilərdi. Bizim məğlubiyyətimizi istəyən dairələr vardı.Lakinbizim uduzmaq şansımız yox idi, çünki  Qələbəmiz  Heydər Əliyev ideallarının və kursunun 27 il əvvəlki təməlləri üzərində qurulmuşdu.

İkinci Qarabağ müharibəsində rəsmi statistikalarına istinad etsək, iki ölkə birlikdə 7 minə qədər hərbçi itirlib.İki tərəfdən birgə olan yaralıların sayı tam açıqlamasa da qeyri rəsmi rəqəmlərə görə iki tərəfdə ümumi say 16-18 minə çatır. Əgər günlük hesabda biz müharibənin itki miqyasını-şiddət dərəcəsini ölçmək istəsək onda görəcəyik ki, bir gündə həyatını itirənlərin ümumi sayı 159 nəfərə, yaralıların sayı isə 360-400-ə yaxındır. Deməli, 21-ci əsrin müharibəsi adlandırılan sonuncu savaş birinci Qarabağ müharibəsi qədər davam etsəydi, 350 mindən artıq itkilər ola bilərdi. Bizim 44 günlük Zəfərimiz təkcə ən qısa vaxtda, ən azı itki ilə ən yüksək nəticə qazanıldığı haqq savaşı kimi tarixə düşməsi qeyd etdiyimiz göstəricilər baxımından müqayisəolunmaz hadisədir.

 44 günlük müharibənin dünya tarixi üçün mühüm əhəmiyyətlərindən biri də ikinci dünya müharibəsindən sonra həmin savaşdan böyük diplomatik məharətlə kənarda qalmağı bacarmış qardaş Türkiyənin və faşizmlə döyüşün qalibi sayılan, Sovetlərin Birliyinin varisi adlandırılan Rusiya dövlətinin rəhbərinin 3-cü dövlətin, indiki halda Azərbaycanın qələbəsini tanıyan bir aktı imzalaması nadir hadisədir. Son 76 ildə buna bənzər digər bir faktı göstərmək mümkün deyil. 

Dünya tarixində ərazi işğalları aradan qaldırılarkən on min kvadrat kilometr ərazilərin düşmən qüvvələrdən təmizlənməsi ən azı 3 dəfə artıq ərazilərə müharibənin yayılması şəraitində mümkün olur. Bərdəyə, Gəncəyə, Tərtərə vurulan xain zərbələrə baxmayaraq, ikinci Qarabağ müharibəsi strateji obyetklərə, yollara, hava limanlarına, döyüş zonasına yaxın yerləşən onlarla yaxın bölgənin yaşayış massivlərinin hərbi-texnolji imkanlarla qətiyyətlə qorunduğu şəraitdə keçən çox azsaylı ağıllı müharibə nümunəsidir.Yəni, hərbi əməliyyatların radiusunu Qqarabağ və ətraf ərazilərdə lokalllaşdırmaq Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Azərbaycan son yüz illik tarixində güclü liderlərə, güclü xalqa, zəif orduya, yaxud güclü liderə, parçalanmış xalqa və dağılmış orduya malik olduğu illərin hamısında torpaq itirib və məğlub olub.Ölkəmiz özünün müstəqillik tarixində ilk dəfədir ki, güclü liderə, vahid  xalqa və monolit orduya malik olub və məhz ona görə də qələbə qazanıb.Ona görə də qalib birliyi qoruyub saxlayanda ölkəmizə zaval olmayacaq. 

Müharibəni səngərdə ordu aparmasına baxmayaraq, dünyada qəbul olunmuş aksiomadan hamı bilir ki, savaşı məhz dövlət aparır. Ölkələrin ali qanunvericilik aktlarında-Konstitusiyada buna görə dövlətin üzərinə 14-dən artıq vəzifə qoyulmuşdur. Xalqın səfərbərliyindən beynəlxalq aləmdə müttəfiqlərinin sayını artırmağa, iqtisadi resursların düzgün müəyyənləşdirilməsi və yönləndirilməsinə  qədər hamısı məhz dövlətin üzərində olan bir nömrəli  tələbdir. Ona görə də bizim qələbəmiz Azərbaycan dövlətinin vahidliyi olmadan, onun bir mərkəzdən və bir liderdən idarə olunmadan sadəcə mümkün deyildi.

Müharibənin ən böyük nəticələrindən biri də “kiçik Ermənistan”ın meydana çıxmasıdır. Əgər Ermənistan prezidenti Armen Sarkisyan və bütün erməni şüuru bəyan edirsə ki, “biz kiçik xalqıq və kiçik Ermənistanda yaşayırıq”, bu sadəcə bir məruzə və çıxış deyil, demək, o iddiaların, erməni kimliyini müəyyən edən və onların qibləğahına çevriəln, milli din səviyyəsinə qaldırdıqları “dənizdən-dənizə” ideyasının məhvi deməkdir. Ermənistanın dənizə çıxmaq planın iflasa uğraması Vətən müharibəsinin ən böyük nəticələrindən biridir.

Qarabağ bizim üçün təkcə, ərazi vahidi, yurd yeri və doğma torpaqlar demək deyil, həm də dövlət və millət quruculuğu üçün bir ideoloji-siyasi platformadır.Qarabağ millətçiliyi və Vətən savaşındakı qələbə bizi yeni millətə və dövlətə çevirib.Azərbacanlı kultunun dünyada güclənməsi savaşın mühüm nəticələrindən növbətisidir.Bu təbii zənginliyimizdən daha böyük sərvətdir.Bizim partiyaların-hərəkatların, siyasi instituların və beyin mərkəzlərinin, ideoloji quruluşların vəzifəsi Qarabağdan sonrakı idealları və hədəfləri formalaşdırmağı onlardan tələb edir.Biz Zəfərə gələn yolda hamının fədakar mübarizəsinə rəğmən bu vəzifənin öhdəsindən gələ biləcəyinə inanırıq.

Zəfərimizin ildönümü qarşısında biz dünyanı daha aydın görürük.Ən mühüm nəticələrindən biri də sən demə məğlub ölkə statusu çoxlarına sərfəliymiş, yəni təhlükə faktoru kimi qəbul olunmurdu.İndi qalib ölkə kimi bir çoxları bizim qalibiyətimizə təhlükə mənbəyi kimi baxır.Gələcəyimiz nə dərəcədə sürətlə Ali Baş Komandanın çağrışlarına elita və xalqın səfərbərliyindən asılı olacaq.Riyazi olaraq, birlik formulunu ifadə etməli olsaq, deməliyik ki, əgər 1000 nəfər Birinci şəxsin səngərində dayanırsa, onda sabitlik, 100 min insan dövlətlə vahid sırada dayanarsa ordu gücü, on milyon insanımızın seli prezidentimizlə  müqəddəs Savaşımızda olduğu kimi dayananda parlaq Qələbəmiz meydana gəlir. 

Əziz dostlar, biz 90-cı illərdə dağılmış iqtisadiyyatı və sarsılmış idarəçliyi aradan qaldıırb Yeni Dövlət qurduq.Onda da minlərlə binanın təməl daşı və dövlətin siyasətinin fundamentini ulu öndər Heydər Əliyev yaradırdı.İndi Cəbrayıldan, Füzulidən Şuşayadək bütün azad torpaqlarda oğul Əliyev təməlli Vətən formalaşır.Qalib Prezident müharibə kimi dinc və sülh quruculuğunu da qəhrəman xalqımızla  birlikdə aparır.


Yekunda bir daha qeyd edək ki, Azərbaycan hərbi Zəfərini hamı ilə paylaşmağa, onu regionun və dünyanın sərvətinə çevirməyə dair güclü iradə göstərir. Bundan ötrü biz Zəfərimizin ildönümü qarşısında qlobal ləkələmə və şər kampaniyasının daha çox qələbəmizin simvolu olan Prezident əleyhinə son aylar daha azğın və genişmiqyaslı xarakter almasını dəyərləndirməyə çağırırıq .Sadəcə diqqətlə baxdığınızda xalqımızın və düşmənlərin gündəliyinə baxmaq kifayədir. Ona görə də biz bütün dövlətçi qüvvələri ölkə rəhbəri əleyhinə aparılan çirkli kampaniyanı hərbi meydanda məğlub olanlarla bir səngərdə olan, indi isə Qələbəmizi oğurlamağa, əlimizdən almağa çalışan qüvvələrin apardıqları müharibəyə cavab verməyə çağırırıq. Bu əslində Birinci şəxsə qarşı deyil, Azərbaycan uğrunda aparılan müharibə kimi qəbul olunmalıdır. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır