Modern.az

Vulkan püskürən adada ZƏLZƏLƏ

Vulkan püskürən adada ZƏLZƏLƏ

23 Oktyabr 2021, 23:51

İspaniyanın Kanar adalarında daxil olan və bir aydır vulkan püskürməsi davam edən Palma adasında zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniya Milli Coğrafiya İnstitutu məlumat yayıb.

 

Mütəxəssislər zəlzələnin 4,9 bal gücündə, dərinliyinin 38 kilometr olduğunu təxmin etdilər.

 

Məlumata görə, zəlzələ nəticəsində vulkanın əsas konusu yenidən dağılıb.

 

Son bir ay yarım ərzində Palmada on minlərlə zəlzələ olub, seysmik aktivlik püskürmədən iki həftə əvvəl başlayıb.

 

Palma adasında vulkan püskürməsi sentyabrın 19-da başlayıb. Sentyabrın 29-na keçən gecə lava okeana çatıb və çıxıntı əmələ gətirib. Lava təxminən 850 hektar ərazini tutub, 1,3 mindən çox bina dağılıb, əksəriyyəti yaşayış binaları olub, 7000-dən çox insan təxliyə edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir