Modern.az

Yoluxanlar və ölənlər ARTDI

Yoluxanlar və ölənlər ARTDI

Aktual

27 Oktyabr 2021, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2300 yeni yoluxma faktı qeydə alınıb, 1248 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

Ölkədə ümumilikdə 522368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487674 nəfər müalicə olunaraq sağalıb, 6966 nəfər vəfat edib, aktiv xəstə sayı 27728 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13175, ötən müddət ərzində isə ümumilikdə 5144208 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı