Arxiv
27 Oktyabr 2021, 23:44 | MEDİA
Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR  

Saxa Yakut Respublikasında keçirilən IV Beynəlxalq “Böyük qarın alqışı” poeziya festivalında araşdırmaçı və tərcüməçi jurnalist Aida Eyvazlı Göytürk də iştirak edib.

Modern.az xəbər verir ki, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başkordstan, Kareliya, Tatarstan, Xakasiya respublikalarından, eləcə də Murmansk, Kalujsk, Moskva vilayətləri və Moskva və Yakutsk şəhərlərini təmsil edən şairlər iştirak edib. 2013-cü ildən sonra ənənəvi hal alan “Böyük qarın alqışı” festivalı yakut xalq şairi Natalya Xarlampyevanın rəhbərliyi altında keçirilir. Bu ilki festival Yakut xalqının klassik şairi Semen Danilova həsr olunub.

Festivalın açılışı münasibəti ilə Saxa Yakutiya Respublikasının Mədəniyyət və Mənəvi inkişaf naziri dəyərlər naziri Yuriy Kupriyanov iştirakçıları ilə birlikdə Semen və Safron Danilov qardaşlarının abidəsinin önünə çiçək dəstələri qoyublar.

Qonaqları salamlayan nazir Yuriy Kupriyanov qeyd edib ki, festival hər il öz ətrafına dünyada sözə dəyər verən, sözü ilahi sayan şairləri və yazıçıları toplayır. O həm də Saxa-yakut xalqının zəngin ədəbiyyatı, klassik xalq yazıçılarının xalqın həyatında oynadığı mühüm roldan danışıb.

Daha sonra festivalın qonaqları ilə Şimali-Şərq Federal Universitetində görüş keçirilib. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nurqün Maksimov şair və tərcüməçilərə uğur diləyib. “Böyük qarın alqışı” festivalının ölkənin brendinə çevrildiyini, adətən bu bayram tədbirində 60-dan artıq ölkənin şair və yazçısısı, tərcüməçisi iştirak etdiyini bildirib.
Daha sonra Saxa Yakut Respublikasının prezidenti Aysen Nikolayevin VI Beynəlxalq festivalın iştirakçıları və qonaqlarına ünvanlanmış təbrik məktubu oxunub.

 

Xalq yazıçısı və festivalın təşkilatçısı Natalya Xarlampyeva tədbirin əhəmiyyətindən, dünyanın müxtəlif dillərində danışan və yazan şair və yazıçılarının, tərcüməçilərinin 2013-cü ildən bəri hər il bir araya gəlməyini xalqların və ədəbiyyatların dostluğu sahəsində mühüm rol oynadığın deyib və əlavə edib ki, bu il pandemiya səbəindən qonaqların sayı az oldu və tədbir onlayn rejimdə keçirilir. Ədəbiyyatsevərlər ölkədə və ölkənin xaricində festivalı onlayn şəkildə izləyirlər. Bu festival yenidən unudulmuş ədəbi əlaqələrin bərpasında kömək edir, yeni dostluqlar yaradır, sülhü və sevgini tərənnüm edir. Universitet tələbələri tədbirdə iştirak edən qonaqların şerlərini və Semen Danilovun iştirakçılar tərəfindən tərcümə edilən şerlərini səsləndiriblər.

Festivalın ikinci günü isə Saxa Yakut Respublikasının baş nazirinin müavini ilə görüş keçirilib. Baş nazirin müavini Sergey Mestnikov “Böyük qarın alqışı” festivalı nəticəsində Saxa -Yakut klassiklərinin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunmasını dövlətin təməl prinsipləri olduğunu bildirib. Platon Oyunski, Semen Danilov , Mixail Amosov və digər yakut şair və yazıçılarının azərbaycan, qırğız, macar, polyak, xakas, serbiya, monqol, qazax... dillərinə çevrilməsini alqışlayıb.

Daha sonra festivalın iştirakçıları Sayat Kamşıger, Zəki Əlibəyov, Yelena Petilyaynen, Rafis Kurban, Ruzal Muxametşin, Natalya Axpaşeva, İlya Vinoqradov, Vadim Teryoxin, Boris Lukin xatirə hədiyyələri və diplomlarla təltif olunublar. Festivalın fəxri qonaqları Azərbaycandan Aida Eyvazlı Göytürk və qırğızsıtanlı Altunay Temirova Platon Oyunskinin əsərlərini tərcümə etdiklərinə görə, Saxa Yakutiya Respublikasının prezidneti Aysen Nikolayevin sərəncamı ilə "Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə" dövlət mükafatına layiq görülüblər. Mükafatı onlara Baş nazirin müavini Sergey Mestnikov təqdim edib.

Festivalın laureatı Aida Eyvazlı Göytürk qeyd edib ki, festival iştirakçıları Platon Oyunski adına ədəbiyyat muzeyində, Dövlət rəsm Qalareyasında, Milli Kitabxanada görüşlərdə və poeziya gecəsində iştirak ediblər. Aida Eyvazlı Göytürk görüşlər çərçivəsində rəsmi dövlət nümayəndələrinə zəfərimizdən bəş edən kitablar, ABAD-satış mərkəzində hazırlanan “Xarı bülbül” “Qarabağ” və “Şuşa”-nı tətərənnüm edən hədiyyələri və “Xarı bülbül” nişanını təqdim edib, eyni zamanda Qarabağ zəfəri haqqında qonaqlara və festival iştirakçılarına geniş məlumat verib, Qarabağ və şəhidlərimiz haqqında yazdığı şerlərini səsləndirib.
Festival öz işini davam etdirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis serjantı VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32 Gənclər və idman nazirinin yeni müavini - DOSYE 29 Noyabr 2021, 17:26
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?