Arxiv
19 Noyabr 2021, 12:33 | ÖLKƏ
“Biz Şəhid veririk, icra başçılarının balaları yarım milyonluq maşın göstərir” - Hafiz Hacıyev

“Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarında Göyçədən olan şəhid, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu mənim qohumumdur. Atamın xalası nəvəsidir. Xəstəliyimlə bağlı dəfn, yas mərasimində iştirak edə bilmədim”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

 

H.Hacıyev son günlər ölkə gündəmində baş verənlərə də münasibət bildirib:

 

“Allah bunlara lənət eləsin! Biz şəhid veririk, Qazaxın icra başçısının oğlu 500 minlik maşınını nümayiş etdirir. Bu Azərbaycan xalqına acıq vermək deməkdir. O biri vicdanını itirmiş icra başçısı şəhid ailəsinin evinə 5 kilo marqarin, 20 kilo un göndərir. Görün şəhid ailələlərini nə qədər incidirlər. Şəhid verdiyimiz halda Qazaxın icra başçısının oğlu maşınına bahalı nömrə, Gəncənin icra başçısı isə qızına Fransada milyardlıq ev alır. Bu cür insanlar düşünürəm ki, ölkənin imici ilə oynayır, nüfuzuna zərbə vururlar.

 

Artıq yetər, bu qədər də olmaz. Bir tərəfdən kasıb balaları şəhid olur, bunların da balaları 500 minlik maşınla şəhid ailələrinə acıq verirlər. Görürük ki, o uşaqlar haradan götürülür, dəfn edilir. Evləri, yaşayış yerləri yoxdur. Bunların hamısı tənzimlənməlidir. Bu cür davam edə bilməz. İnsanların içində çox böyük kin-küdurət var”.

 

H.Hacıyev torpaqlarımızı işğalçılardan azad etdikdən sonra yenidən bizi istəməyən qüvvələrin fəaliyyətə keçdiyini, Azərbaycanda qarşıqlıq salmaq istədiklərini bildirib:

 

“Qələbəmizə kölgə salmaq istəyirlər. Düşünürəm ki, artıq biz dostumuzu, düşmənimizi tanıyırıq. Düşünürəm ki, Azərbaycana sırınan sülhməramlılar nə qədər ki Qarabağdadır, bunlar həmişə təxribat törətməklə məşğul olacaqlar. Ona görə də təcili Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlamalı, ermənilərin nə istədiyi aydınlaşmalıdır. Qəti olaraq bu məsələyə son qoyulmalıdır.

Yoxsa ki, Rusiyanın Azərbaycanda möhkəmlənməsi üçün bu təxribatları çoxaldacaqlar. Çalışacaq ki, sərhəddə həmişə bu cür təxribatlar törətsinlər. Ona görə də bunların həyasızlığına son verilməlidir. Qəti şəkildə mövqe ortaya qoyulmalıdır”.

 

Partiya sədri bildirib ki, Rusiya nə qədər ki, öz istəyinə nail olmayıb hər gün müharibə gözlənilir:

 

“Rusiya həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərməkdən ötrü onları bizim üstümüzə öyrədib qaldırır. Biz də məcburuq ki, onlara cavab verək, onda da istər-istəməz şəhidlərimiz olur. Ərazi bütövlüyümüzü müdafiə etmək üçün biz həmişə hazır olmalıyıq. Nə qədər ki, Rusiyanın işğalçı ordusu Azərbaycandan, Qarabağdan çıxarılmayıb, vəziyyət belə də olacaq. Xəstə halımla əlimə silah alıb mən də vətənimi, torpağımı qorumağa hazıram. Düşünürəm ki, bu məsələlərin hamısında Rusiyanın əli var. Rusiya çalışır ki, Azərbaycanı əsarəti altında saxlasın, özünə tabe eləsin. Bu da mümkün olan məsələ deyil. Ali Baş Komandanımızın möhkəm iradəsi var. Xalq da, siyasi partiyalar da 44 günlük müharibədə olduğu kimi, bu gün yenə də onunla bir yerdədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?