Modern.az

ABŞ-da virusdan ölənlərin sayı 780 mini keçdi

ABŞ-da virusdan ölənlərin sayı 780 mini keçdi

Dünya

1 Dekabr 2021, 20:23

ABŞ-da yeni növ koronavirus (Kovid-19) epidemiyasında ölənlərin sayı son 24 saatda 1588 nəfər artaraq 780 min 241-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Məlumata görə, ABŞ-da virusa yoluxanların sayı 120 min 173 artaraq 48 milyon 560 min 280-ə çatıb.

 

ABŞ-da peyvənd statistikasını izləyən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, 5 və daha yuxarı yaşda olan əhalinin 74,7 faizi ən azı bir doza, 63,1 faizi isə iki doza qəbul edib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı