Modern.az

"Omicron" ştammı ABŞ-da sürətlə yayılır

Aktual

6 Dekabr 2021, 07:56

Koronavirusunun "omicron" ştammı ABŞ ştatlarının təxminən üçdə birində müəyyən edilib, lakin yeni ağır halların əksəriyyəti "delta" variantı ilə əlaqələndirilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə aparıcı Amerika infeksionistləri bildirib.

 

Ağ Evin müşaviri doktor Entoni Fauçi "CNN" telekanalında bildirib: "Bu, daha ağır keçirilən ştamma oxşamır".

 

O əlavə edib ki, qəti nəticə çıxarmaq hələ tezdir, daha çox araşdırmaya ehtiyac var.

 

E.Fauçi ABŞ-ın Cənubi Afrikadan səyahət qadağasını "ağlabatan müddətdə" ləğv edəcəyinə ümidvar olduğunu bildirib.

 

Daxil olan məlumatlara görə, "omicron" ştammı Amerikanın 50 ştatından 16-da qeydə alınıb. lakin ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin (CDC) direktoru Roşel Valenskinin "ABC" telekanalına deyib ki, "omikron" ştamml ilə yeni yoluxma barədə məlumat halları daima daxil olur, buna görə də bu rəqəm artacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir