Modern.az

AŞPA rəsmiləri Gürcüstana gəlir

AŞPA rəsmiləri Gürcüstana gəlir

6 Dekabr 2021, 18:46

Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidəçilərindən ibarət qrup ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirmək üçün Gürcüstana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

 

Səfərin 8-10 dekabr tarixlərində baş tutacağı gözlənilir.

 

 Səfər zamanı keçiriləcək müzakirələrdə əsasən son siyasi hadisələr, 2021-ci ilin oktyabrında keçiriləcək yerli seçkilər, məhkəmə islahatları və etnik, dini və cinsi azlıqların problemi müzakirə olunacaq. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir