Modern.az

Yanukoviçin andiçmə mərasimində 11 prezident iştirak edəcək

Yanukoviçin andiçmə mərasimində 11 prezident iştirak edəcək

24 Fevral 2010, 18:45

Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin sabah keçiriləcək inaqurasiya mərasimində 11 ölkənin dövlət başçısı iştirak edəcək. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pytotr Poroşenko bu gün jurnalistlərə bildirib. “İnaqurasiya  mərasimində 11 dövlət başçısı, 4 beynəlxalq təşkilatın rəhbərləri, 15 ölkənin xarici işlər naziri, 4 ölkənin parlament sədri iştirak edəcək. Andiçmə mərasimində təmsilçilik ən  yüksək səviyyədə olacaq, mən hətta deyə bilərəm ki, qeyri-adi olacaq”,-deyə XİN başçısı bildirib. Onun sözlərinə görə, qonaqların əksəriyyəti Kiyevə inaqurasiya günü gələcək. XİN başçısı qonaqları qarşılamaq üçün hər cür şəraitləri olduğunu deyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır