Modern.az

Tanınan və tanıdan azərbaycanlılar – Məşhur beşlik

Tanınan və tanıdan azərbaycanlılar – Məşhur beşlik

Aktual

1 Fevral 2013, 10:25

Modern.az sizlərə bu dəfə dünyada tanınan və vətəni dünyada tanıdan azərbaycanlıların top beşliyini  təqdim edir.

1. Lütfi Zadə   Qeyri-səlis məntiq və süni intellekt nəzəriyyəsinin banisi olan Lütfi Zadə doğma vətəni Azərbaycana olan xüsusi sevgi və diqqətinə görə də seçilir. Dünya elminə 6 mühüm nəzəriyyə bəxş etmiş Zadə mütəmadi olaraq Qara Qarayev, Fikrət Əmirovun və Cövdət Hacıyevin bəstələrini dinləyir. Berkli Universitetinə yaxın nahar etdiyi kafedə isə Azərbaycanla bağlı tablolar göz oxşayır. Neft Bakısı, Xəzər dənizi və digər Azərbaycanla bağlı təbii mənzərələr böyük alimin vətən sevgisini göstərir. Lütfi Zadə sadəcə olaraq dünya ölkələri və çoxmilyonlu insanlar arasında Azərbaycanın imicini artıran bir fiqurdur.  

 

2. Rafiq Əliyev   Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə irsinin ən görkəmli davamçılarından sayılır. Alim Azərbaycan və digər ölkələrdə 130-dan çox elmlər namizədi, 30-dan çox elmlər doktoru yetişdirib. İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompütinqə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. 1998-ci ildən bəri MBA proqramının rəhbəri olan professor dünyanın bir çox ölkələrində elmi konfransların təsisçisi olub. Alim “Segahı görürəm” adlı elmi monoqrafiyasında milli ruh və koloritlə elmi prinsipləri çox gözəl sintezini yarada bilib. Muğam, Qarabağ sevgisi alimin çıxışlarının və məqalələrinin ana xəttini təşkil edir  

 

3. Rüstəm İbrahimbəyov Dünya şöhrətli ssenarist rejissor və dramaturq olan Rüstəm İbrahimbəyov dünyanın sayılıb seçilən kino xadimlərindən biridir. ”Urqa – məhəbbət dairəsi” ABŞ-da “Cənnətə bağlı” adıyla tanındı. Film Venesiya Film Festivalının “Qızıl Şir” Mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks Mükafatı”na layiq görülüb. Bu film  hətta ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika Film"də Akademiya Mükafatına və 47-ci Kann Beynəlxalq Film Festivalına layiq görülüb. “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayıldı. 1999-cu ildə İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi “Régis Wargnier” olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub. İbrahimbəyov hətta xüsusi olaraq kosmosa aparılan və Qazaxıstan prezidentindən film üçün xüsusi sifariş alan bir rejissordur.  

 

4. Toğrul Nərimanbəyov   Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub.
Toğrul Nərimanbəyov mahir boyakar, monumentalçı və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş şəxslərdəndir. Onun müəllifi olduğu portretlər dünyanın bir çox məşhur sərgi salonlarında nümayiş etdirilmişdir. Portretlərin mahiyyətində azərbaycançılıq ruhu, vətənə, milli kökə bağlılıq, vətənin malik olduğu təbii sərvətlər əsas yer alıb. Avropa insanı Azərbaycanı həm də Nərimanbəyovun rəsmlərindən tanıyır.   

 

5. Çingiz Abdullayev   Azərbaycanın xalq yazıçısı, AYB-in katibi olan Abdullayev hazırda dünyada ən çox oxunan yerli yazıçıdır. 25 milyon tirajdan çox 600 kitabı Avropa və köhnə MDB ölkələrində sevə-sevə oxunur. Bir çox tanınmış şəxslər, eləcə də xarici ölkə prezidentləri detektiv yazarın daimi oxucularıdır.  

 

 

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu