Modern.az

AB Minsk qrupunun səylərini dəstəkləyəcək

AB Minsk qrupunun səylərini dəstəkləyəcək

Dünya

2 Mart 2010, 16:21

Avropa İttifaqı Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinos bu gün İrəvanda bildirib. Onun sözlərinə görə, AB həmişə olduğu kimi münaqişənin nizamlanmasında Minsk qrupunun bütün səylərini dəstəkləyəcək.    ATƏT-ə sədri kimi ilk dəfə regiona səfər etdiyini deyən Moratinos qeyd edib ki, İspaniyanın ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə dair Madrid prinsipləri  işlənib hazırlanıb. “Həmsədrlər tərəfləri münaqişənin sülh və siyasi həlli üzrə danıqlar prosesin cəlb etməyə çalışır. Mən problemlərin  həlli üçün əlverişli şərait yaratmaq məqsədilə bu məsələni Azərbaycana səfərimdə ölkə rəhbərliyi ilə  müzakirə edəcəm”,-deyə Moratinos bildirib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı