Modern.az

Tahir Kərimli: “İlham Əliyev Azərbaycanda sabitliyin zəmanətdir”

Tahir Kərimli: “İlham Əliyev Azərbaycanda sabitliyin zəmanətdir”

2 Mart 2013, 13:45

Vəhdət Partiyası hazırki prezidentin namizədliyini dəstəkləyəcək

“Biz hesab edirik ki, İlham Əliyev Azərbaycanda sabitliyin zəmanətdir. Əks halda Azərbaycanda sabitliyini təmin edə biləcək başqa bir namizəd yoxdur”. Modern.az-a açıqlamasında bu sözləri Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, Vəhdət Partiyasının Baş Məclisi hazırkı prezident İlham Əliyevin strateji kursunu dəstəkləməsi haqqında qərar qəbul edib.

“Biz hesab edirik ki, İlham Əliyev Azərbaycanda sabitliyin zəmanətdir. Əks halda Azərbaycanda sabitliyi təmin edə biləcək başqa bir namizəd yoxdur. Bu ondan da görünür ki, öz namizədliyini irəli sürənlər öz üzərinə öhdəlik götürməyib ki, o, sabitliyi təmin edəcək. Prezident olmaq istəyən çox ola bilər, amma sabitliyi təmin eləmək hamının işi deyil. Ona görə də mən güman edirəm ki, seçki prosesinin müəyyən mərhələsində Vəhdət Partiyası bununla bağlı qərar verəcək. Bizim qərarımız bundan ibarət olacaq ki, biz Azərbaycanda sabitliyi təmin edə biləcək namizədə səs verəcəyik. İndiki halda bu, İlham Əliyevdir. Əgər o öz namizədliyini irəli sürsə, mən şübhə etmirəm ki, partiyamız birmənalı şəkildə onun müdafiəsi haqqında qərar verəcək”.

Tahir Kərimli bildirib ki, əgər başqa bir namizəd olacaqsa belə, mütləq bu İlham Əliyevin razılığı ilə olmalıdır.

“Çünki, Azərbaycandakı ictimai-siyasi proses uzun illər boyu elə formalaşıb ki, İlham Əliyev təminatı olmadan Azərbaycanda sabitlik pozula bilər. Bu da bizi istəməyən düşmənlərin əlinə səbəb ola bilər. Ona görə də hesab edirik ki, İlham Əliyev öz namizədliyini təsdiq etdikdən sonra, partiyamız analoji qərar qəbul edəcək”-deyə, Vəhdət Partiyasının sədri əlavə edib.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü