Arxiv
29 mart 2013, 18:12 |
“Zərduşt Əlizadə və Arzu Abdullayeva ASDP-ni borc içində qoyub getdilər” - QALMAQAL

“ASDP-nin adına gələn pullar Arzu Abdullayevanın cibinə gedirdi”


Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədri Araz Əlizadə ilə partiyanın qurucularında olan Arzu Abdullayeva arasında qalmaqal yaranıb. Arzu Abdullayevanın ASDP ilə bağlı səsləndirdiyi ittihamlara partiya sədri Araz Əlizadənin cavabı gecikməyib.

ASDP sədri Modern.az-a açıqlamasında Arzu Abdullayevanın onunla bağlı səsləndirdiyi iradların gülünc olduğunu bildirib. A.Əlizadənin sözlərinə görə, A.Abdullayeva məqsədli şəkildə ASDP-ni nüfuzdan salmağa çalışır.

“Onu əlindən tutub beynəlxalq aləmə çıxaran mən olmuşam”

“Əvvəla, partiyadan qovulmuş bir adamın partiya haqda mənfi fikir söyləməsi təbiidir. Arzu Abdullayeva heç kim idi. Onu əlindən tutub, beynəlxalq aləmə mən çıxarmışam. Bu da mənim böyük səhvimdir. Mən Azərbaycanda olmayanda, Zərdüşt Əlizadə partiyaya rəhbərlik edəndə partiyanın üzvlərinin sayı 1500 nəfərədən 321 nəfərə düşmüşdü. O zaman partiyanı Zərdüşt Əlizadə yox, Arzu Abdullayeva idarə edirdi. Partiya olmuşdu Helsinki Vətəndaş Assambleyasının yardımcı bir qüvvəsi. Kim ki Helsinki Vətəndaş Assambleyasının üzvü olmaq istəmirdi, Arzu xanım onları partiyadan xaric edirdi. Beləliklə partiya üzvlərinin sayı 321 nəfərə çatmışdı”.

A.Əlizadənin fikricə, Arzu Abdullaya və Zərdüşt Əlizadə ASDP-ni xeyli borc salaraq partiyadan gediblər. ASDP sədri də Arzu Abdullayevanln ünvanına ittihamlar səsləndirməkdən çəkinməyib.

“Zərdüştlə Arzu  partiyanı borc içində qoyub getmişdilər...”

“O durub həyasızcasına qurultayda deyirdi ki, guya 1993-cü ildən partiyanı o maliyyələşdirib. Hamını gülmək tuturdu. Çünki 1995-ci ildə Azərbaycandan gedənə qədər partiyanı mən maliyyələşdirirdim. Sonra da müəyyən yardımlar edirdim. Əgər Arzu Abdullayeva partiyanı maliyyələşdirirdisə nə üçün partiyada telefon borcları 51 milyon manat idi. Nə üçün icarə haqqı il yarım idi ödənmirdi. Sonradan onlar partiyadan xaric ediləndən sorna borc-xərclə biz bunları ödədik. O zaman partiyada onu müdafiə edən bir insan yox idi. O görə Zərdüşt Əlizadə partiyada düşmüşdü. Təsəvvür edin, Zərdüşt Əlizadə deyəndə ki, “mənim tərəfdarlarım partiyadan çıxsın” cəmi 47 nəfər onunla getdi. O düşünürdü ki, partiyanın əksəriyyəti gedəcək. Təəssüflər olsun ki, Zərdüşt Əlizadə də ona qoşulub bizim partiya haqqında beynəlxalq aləmdə mənfi imic yaratmağa çalışırlar. Partiya yoxdur, qurultaylar keçirilmir və s, bu kimi gic-gic, axmaq-axmaq fikirlər səsləndirirlər”.

“Arzu Abdullayeva hüquq müdafiəçisi deyil, varlıların müdafiəçisidir”

Partiya sədri daha sonra Arzu Abdullayevanı ASDP-nin adından xarici qrantları mənimsəməkdə günahlandırıb. “Bir çox xarici fondlar elə bilirlər ki, ona qrant ayıranda o pulları partiyaya kömək edir. Mən bunu sübut etdim ki, pulların hamısı Arzu Abdullayevanın və onun ətrafının cibinə gedir. Onun ətrafına baxın, ancaq öz qohumlarıdır. Hal-hazırda Azərbaycanda insan haqları müdafiəsində Arzu Abdullayevanın adı hallanırmı? Bir dəfə eşitim ki, Bəxtiyar Hacıyevi müdafiə edirdi. O hüquq müdafiəçisi deyil, varlıların müdafiəçisidir. Onun insan hüquqlarının müdafiəçisi kimi səviyyəsi də sıfıra bərabərdir”-deyə qalmaqal daha da qızışıb.

Qeyd edək ki, Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qurucularından olan Arzu Abdulayeva Modern.az-a açıqlamasında partiyanln hazırki sədri Araz Əlizadəni sərt tənqid edib. Onun sözlərinə görə, Araz Əlizadənin rəhbərliyindən sonra ASDP siyasi müstəvidə fəaliyyətsiz və lüzumsuz bir partiyaya çevrilib.

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32 Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO 24 Sentyabr 2020, 16:27 Məleykə Abbaszadə 500 bal toplayıb kənarda qalan abituriyentlərdən DANIŞDI 24 Sentyabr 2020, 16:22 “Savadlı kadrlar hazırlamaq ali məqsədimizdir” - Jurnalistikanın dekanı ilə MÜSAHİBƏ 24 Sentyabr 2020, 16:17 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzərində işləyir 24 Sentyabr 2020, 16:12 Paşinyanın baş nazir olandan indiyə qədərki TƏXRİBATLARI 24 Sentyabr 2020, 16:06 Ermənilərin Aprel döyüşləri haqda çəkdiyi film MOSKVA KİNOFESTİVALINDA... 24 Sentyabr 2020, 16:00