Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar aparacaq.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Onun sözlərinə görə, görüşlər oktyabrın 27-də Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun sammiti çərçivəsində baş tutacaq.
Putinin Mozambik, Ekvatorial Qvineya və Liviya nümayəndələri ilə də görüşləri nəzərdə tutulur.