Modern.az

Jurnalist Elçin Şıxlı ilə FOTOSÖHBƏT

Jurnalist Elçin Şıxlı ilə FOTOSÖHBƏT

Fotosöhbət

14 May 2013, 10:01

Elçin İsmayıl oğlu Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbin birinci sinfinə gedib və 1974-cü ildə həmin məktəbi bitirib. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası üzrə bitirib.

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində İnformasiya-reklam şöbəsinin müfəttişi olub. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmət keçib və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşən sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib. 1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub.
1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləyib. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent işləyib. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azəpbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışıb.
Hazırda "Ayna"-"Zerkalo" qəzetinin baş redaktorudur. Evlidir. İki övladı var.

1958-ci il, hələ dünyanı mənə anam göstərir...

 

Bonapartsayağı görkəmdəyəm...

 1959-cu il, Nalcikdə, İsa əmiylə (yazıcı İsa Hüseynov) gəzintidəyəm.

 

Yenə də dünyanın dərdi alıb məni...

1961- ci il, Şüvəlan, Yazıçıların keçmiş yaradıcılıq evi, atam İsmayıl Şıxlı ilə birlikdə. İndi orada qaçqınlar
yerləşib.

1969-cu il, "Dəli Kür"ün çəkilişində. Mənim böyük ekranda ilk və sonuncu rolum...

 

1972 ci il, Elbrus dağının ayağında. Əcəb günlər idi...

 

1980 - ci il, əsgərlik...

 

 1980 - ci il, Sərqi Almaniyada əsgərlikdəyəm. Təbii ki, mütərcim kimi yazı makinasının arxasında...

 

1989-cu il Göyəzən dağının ətəkləri. Atam İsmayıl Şıxlının 70 illik yubileyi...  Qardaşım, atam, mən, bibioğlu və sinif yoldaşlarım... Onlardan biri rəhmətə gedib. Digəri də mühacirətə.

 

Atam İsmayıl Şıxlı və Yusif Səmədoğlu...Qazaxda döyüşlər gedən zaman

 

Prezident Heydər Əliyev media rəhbərlərini qəbul edib...

 

Berlində... Almaniya Bundestaqında alman deputatdan  müsahibə alırdım. İndi deputat deyil deyəsən.

 

Şamaxı yolunun üstündə, türk məzarlığında, həmkarlarımla bir arada.

 

Bu şəkil Almaniyada, Hamburqda “ZEİT” (Zaman) qəzətinin məşhur bir fondu var, orada olarkən çəkilib.. Jurnalist Rauf Mirqədirov 2006-cı ildə söz azadlığı ilə bağlı "ZEİT" qəzetinin mükafatını almışdı...

 

Brüsseldə NATO-nun qərargahının qarşısında bir qrup azərbaycanlı jurnalist və politoloq Eldar Namazov. Çoxunu tanıyarsız.

 

Yenə Brüsseldə, küçədə... 

 

Portuqaliyanın Funşal adası, Atlantik okeanında yerləşir. Bu ada “REAL”ın hücumçusu Ronaldonun adı ilə məşhurlaşıb. O, bu adada dünyaya gəlib.

 

Türkiyədə 2007-ci ildə kitab sərgisində. Azərbaycan kitabları ilə bağlı olan stend qurulub... Kamal Abdulla və Yasəmən Bayer... O, bizim yazıçıların əsərlərin türkcəyə tərcümə edib çap etdirənlərdən biridir.

 

Almaniya, Hamburq, "Ştern" qəzetinin ofisindəyik. Bizi ora aparıb iş prinsipi ilə tanış edirlər.

 

Hamburgda, "ZEİT" qəzetinin redaksiyasında...

 

Nyu-Yorkda hansısa muzeyin qabağındayıq .

 

Bura Nyu-Yorkda məşhur barıdır. Bu gürcü politoloqu Georgi Kutsişvilidir. 

 

 

İspaniya, Tenerife adası, həyat yoldaşım Sevinc xanımla birlikdə...

Siyasi biliklər proqramı üzrə Qubada seminardayıq. İndi tutulan REAL-çı İlqar Məmmədovun məktəbi idi.


İstanbul, Yasəmən xanım və mən TRT1-də, radioda müsahibə zamanı...

 

ABŞ-da Los-Ancelesdəyik. Bura şəkil çəkdirmək üçün xüsusi bir yerdi. Nəhəng ayaqqabı geyinmişəm. 

 

Qullu Məhərrəmli ilə cəbhə bölgəsinə getmişdik... Əsgər kazarmasındayıq. Səhv etmirəmsə Beyləqanda idi.

 

Qazaxda cəbhə bölgəsində səngərlərdəyik. Bizi də hərbi geyimlə təmin etdilər .

 

Oğlum Ayxan Qusarda əsgərlikdə olan zaman.

 

2007-ci ildi, ABŞ-ın Arizona ştatına qonaq dəvət ediblər, ordakı sakinlərin birinin evidir.

 

Yenə Arizona ştatı... 150-200 il yaşı olan kaktuis və başqa bitkilərin olduğu bir ərazidəydik. Ora açıq Nəbatət bağı da demək olardı.

 

Nyu-Yorkdakı "Bakı" restoranı... tələbə yoldaşlarımla birgə... 15-20 il olar ki, bu uşaqların hamısı köçüb gediblər burdan...

 

Parisdə söz azadlığı ilə bağlı konfransda.

 

Parisdə Yelisey bulvarında.

 

Paris, Luvrun ətrafı...

 

ABŞ, Vaşinqton Patomak çayının sahilində...

 

Vaşinqton, Ağ Evin qarşısında...

Türkiyə Qars qalası, Aqil Abbasla mən...

 

Sarıqamışda... Burdakıları da tanıyırsız təqdim etməyə ehtiyac yoxdu.

 

Sadiq dostum Largo.

 

Ziyalıların forumunu keçirirdik guya, icazə verilmədi çöldə dayanmışıq.

 

Axır vaxtlarda iştirak etdiyim tədbirlərdən birində...

 

Redaksiyada iş otağımda.

 

Elçin AĞAYEV
Şəhanə RƏHİMLİ
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi