Modern.az

Almaniyadakı Azərbaycan Mədəniyyət Evinə yeni sədr seçildi - FOTO

Almaniyadakı Azərbaycan Mədəniyyət Evinə yeni sədr seçildi - FOTO

30 Oktyabr 2013, 16:29

Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin İdarə Heyətinin iclası keçirilib, iclasda təşkilati məsələlərə baxılıb, görüləcək işlər planlaşdırılıb. Bundan əlavə Azərbaycan Mədəniyyət Evinin rəhbəri Toğrul Əziz bu günə qədər görülən işlərlə bağlı məlumat verərək, bundan sonra şəxsi işlərinin çoxluğu ilə əlaqədar sədrlikdən istefa vermək istədiyini və bu istefasının İdarə Heyəti tərəfindən qəbul edilməsini istəyib. O eyni zamanda bildirib ki sədrlikdən istefa verməsi gələcəkdə görülən işlərlə bağlı onun məsuliyyətdən uzaqlaşması kimi dəyərləndirilməməlidir və bundan sonra da bütün gücüylə təşkilata yaxından kömək edəcək.

Beləliklə İdarə Heyəti müzakirələrdən sonra aşağıdakı qərarı qəbul edib:
Azərbaycan Mədəniyyət Evinin rəhbəri Toğrul Əzizin istefası ilə bağlı etdiyi xahişi qəbul edilib, eyni zamanda yeni rəhbər olaraq Altay Rüstəmli, icraçı direktor olaraq Rəşad Xasayoğlu (Quliyev), maliyyə məsələlər üzrə müavin Ağa Ağayev seçilib.

Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin yeni sədri Altay Rüstəmli Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin Enerjinin İdare Edilməsi fakültəsində təhsil alır, özəl şirkətdə əlaqələndirici olaraq işləyir. Evlidir, bir övladı var.


Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər