Modern.az

Putin Ərdoğana təşəkkür etdi

Putin Ərdoğana təşəkkür etdi

Dünya

7 Fevral 2014, 16:20


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan XXII qış Olimpiya oyunlarının açılışı üçün Soçiyə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Putin Türkiyənin inşaat firmalarının 1990-cı illərin əvvəllərində Rusiyaya 50 milyard dollar dəyərində sərmayə qoyduğuna diqqət çəkib: “İndi də türk inşaatçılar vaxt əsirgəmədən Soçi Olimpiya oyunlarının keçirilməsi üçün öz töhfələrini verdilər. Ona görə deyirəm ki, bu bizim ortaq olimpiadamızdır”.

Putin iki ölkə arasındakı münasibətlərə də toxunub. Onun sözlərinə görə, Rusiya-Türkiyə əlaqələri inkişaf etsə də, ötən il əmtəə dövriyyəsi bir qədər azalıb. Türkiyə baş naziri isə Rusiya prezidentinin çıxışına belə reaksiya verib:   “Düşünürəm ki, biz bunun əvəzini çıxa biləcəyik”. Ərdoğan bildirib ki, o, türk inşaat firmalarının Soçidə keçiriləcək Olimpiada ilə bağlı apardığı hazırlıq işlərini diqqətlə izləyib.  Putin sonda Ərdoğana təşəkkür edib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir