Modern.az

Rusiya ilə Qərb arasındakı münasibətlər Qarabağ probeminin həllinə təsir etmir

Rusiya ilə Qərb arasındakı münasibətlər Qarabağ probeminin həllinə təsir etmir

4 May 2015, 22:34

“Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması Moskvadan asılı deyil. Əgər hər iki ölkə münasibətləri normallaşdırmağa cəhd edəcəklərsə, bu zaman onların aralarında olan problemlərin kompleks şəkildə müzakirə etməyə məcburdurlar”.

Modern.az saytının məlumatına görə bunu Ermənistan mətbuatına müsahibəsində Moskvada fəaliyyət göstərən Qafqazşünaslıq elmi ittifaqının sədri, politoloq Aleksandr Krılov deyib.  

Ekspertin sözlərinə görə Ankara ilə Yeravan arasında münasibətlərin normallaşmaması xarici güclərin fəaliyyətində böyük önəm daşıyır. Politoloq bildirib ki, bəzi beynəlxalq güclər yaranmış vəziyyətdən istifadə edirlər.  

Aleksandr Krılov Rusiya ilə Qərb arasındakı əlaqələr fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivindən də söz açıb.  

“Rusiya ilə Qərb arasında əlaqələrdə situasiya müxtəlif ola bilər. Amma bu, Qarabağ probleminin nizama salınması prosesində hər hansı rol oynamır.Nizama salınma məsələsində irəliləyiş həmişə gözləniləndir. Amma indiki halda bu ehtimal ki, nəzəri plandadır və praktik əhəmiyyət daşımır”,-deyə o qeyd edib.

Rus analitik söyləyib ki, hazırkı siyasi şərtlərdə Qarabağ konfliktinin nizama salınmasında qarşılıqlı məqbul variant tapmaq imkanları yoxdur.    

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir