Modern.az

Mətbuat Şurasından yeni MÜSABİQƏ

Mətbuat Şurasından yeni MÜSABİQƏ

Təhsil

13 May 2015, 15:33


Kütləvi informasiya vasitələri məişət zorakılığı fenomeni haqqında məlumatın artırılması, qadın hüquqlarının təşviqi və zorakılıq hallarına son qoymaq məqsədilə ictimaiyyətin səfərbər edilməsində vacib rol oynayır.

Bu məqsədlə ATƏT–in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurası Azərbaycanda məişət zorakılığı sahəsində mövcud olan problemləri işıqlandıran ən yaxşı məqalələr üçün müsabiqə elan edib. ATƏT, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının nümayəndələrindən ibarət qiymətləndirmə komissiyası cari ilin mayın 1-dən noyabrın 30-adək məişət zorakılığına dair dərc olunmuş yazıları qiymətləndirəcək.

Müsabiqəyə 2015-cü ilin mayın 1-dən noyabrın 30-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında işıq üzü görən yazılar təqdim oluna bilər. Müsabiqə üçün təqdim ediləcək materialın məhz müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Qaliblər sertifikat və pul mükafatları ilə təltif ediləcək.

1-ci yer - 1500 AZN
2-ci yer – 1200 AZN
3-cü yer – 1000 AZN

Xüsusi mükafat “Gənc jurnalistin  təqdim etdiyi ən uğurlu məqalə” (25 yaşına çatmamış müəlliflər arasında) – 1000 AZN pul mükafatı alacaq.

Hazırlanan müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 30 noyabr 2015. Nəticələr 20 dekabr 2015-cü il tarixdə elan ediləcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır