Modern.az

Tələbələr üçün əmək yarmarkası- TƏLƏSİN

Tələbələr üçün əmək yarmarkası- TƏLƏSİN

Təhsil

13 May 2015, 17:43


Mayın 23-də Təhsil Nazirliyi, Azərbaycan-Amerika Ticarət Palatası, “British Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Gənc mütəxəssis” adlı əmək yarmarkası keçiriləcək.

Əmək yarmarkası müxtəlif universitetlərdə təhsil alan istedadlı tələbələrin respublikamızın aparıcı şirkətlərində təcrübə keçmələri və onların işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub.

Qeyd edək ki, yarmarkada iştirak edəcək tələbələrin qeydiyyatı mayın 1-də başa çatıb. Əmək yarmarkasında iştirak etmək üçün Respublikanın 41 ali təhsil müəssisəsindən 2,700 nəfərdən artıq məzun, işəgötürən qismində isə 60-a yaxın beynəlxalq və yerli şirkət qeydiyyatdan keçib. Hər il keçirilməsi nəzərdə tutulan əmək yarmarkasının özəlliyi ondadır ki, yarmarkadan əvvəl şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılır və əmək yarmarkası günü namizədlər konkret şirkət nümayəndələri ilə görüşür. Belə ki, tələbələr üçün qeydiyyat başa çatdıqdan sonra işəgötürən şirkətlər həmin tələbələrin məlumatları ilə tanış olaraq, uyğun gələn namizədləri əmək yarmarkası günü görüşə dəvət edirlər.

Qeydiyyatdan keçmiş tələbələrin nəzərinə çatdırırıq ki, dəvət məktubu qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndəriləcək. Müvafiq şirkətlər tərəfindən müsahibə təyin edilmiş namizədlərdən əmək yarmarkası günü Heydər Əliyev Mərkəzinə (şəxsiyyəti təsdiq edən sənədlə) gəlmələri xahiş olunur.   

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı