Arxiv
4 Oktyabr 2010, 14:43 | MEDİA
Hansı redaksiyanın xidməti avtomobili var?

Jurnalistika fəaliyyətində bəzən ekstremal situasiyalar təcili və təxirəsalınmaz addım atmağı tələb edir. Məsələn, elə hadisə baş verir ki, bu haqda daha tez və operativ məlumat çatdırmağı qarşısına məqsəd qoyan jurnalist olay yerinə təcili yetişməyə can atır. Belə hallara hazırlıqlı olan redaksiyalarda xidməti avtomobillər olmalıdır ki, onun əməkdaşı çətinliklə üzləşməsin. Azərbaycandakı media quruluşlarının maddi durumu elədir ki, heç də bütün redaksiyalar xidməti maşın almaq və saxlamaq gücündə deyil.

Modern.az-ın əməkdaşı bir sıra KİV redaksiyaları ilə əlaqə saxlayaraq kimin xidməti maşınının oluduğunu, kimin olmadığını öyrənib.

Beləliklə, “sizin redaksiyanın xidməti avtomobili varmı” sualına cavab almağa çalışdıq.
 
“Mərkəz” qəzetinin baş redaktorun müavini Nicat Sadıqlı: “Bizim redaksiyanın xidməti avtomobili yoxdur. Təcili bir hadisə və ya tədbir olanda, əməkdaşlarımız ora taksiylə gedirlər. Bu halda onların xərclədiyi məbləğ redaksiya tərəfindən ödənir. Elə hallar olur işlərimiz gecə saatlarınadək uzanır və onda da işçilərin evə getmələri üçün tələb olunan xərclər redaksiya tərəfindən ödənir”.

“Bizim yol” qəzetinin redaktoru Elçin Rüstəmli: “Xidməti avtomobilin olması o qədər də əhəmiyyətli şey deyil axı. Redaksiyanın deyil əməkdaşların maşınları var, lazımi məqamlarda onlardan istifadə edirik. Əməkdaşlarımız təcili tədbirlərə gedəndə metrodan da istifadə edirlər”.

“Həftə içi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu: “Bizim redaksiyanın xidməti maşını yoxdur, deyəsən əvvəllər də olmayıb, mən görməmişəm. Təcili tədbirlər olanda taksiylə, ya da maşrut avtobusu ilə gedirik. İşlərimizi saat 24.00-dək evə getməklə bağlı çətinliklərimiz olmur”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Bizdə xidməti maşın olmayıb, indi də yoxdur. Ekstremal hadisələr zamanı əməkdaşlarımız taksidən istifadə edirlər. O halda xərcləri redaksiya ödəyir. İşlərimizi elə qururuq ki, saat 24.00-dan o yana qalmayaq, belədə ən azı metroya çatırıq”.

“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov: “Bəli bizim redaksiyamızın xidməti avtomobili var, həm də 2 maşındı. Gecə növbəsi üçün ayrı, gündüz növbəsi üçün ayrı-ayrı maşınlar xidmət göstərir”.

“Üç nöqtə”
qəzetinin redaktoru Şahin Əliyev: “Xidməti maşın deyəndə elə öz maşınlarımız var. Əməkdaşlarımızdan Elməddin Muradlının, Xalid Vahidoğlunun, Seymurun öz avtomobilləri var. Yeri gələndə onlardan istifadə edirik. Gecəyarıya qalmırıq. Tez işdən çıxıb metroya çatırıq”.

“Xalq qəzeti”nin əməkdaşı Şakir Quliyev: “Bəli bizdə xidməti avtomobillər var. Redaksiyamızın 2 xidməti maşını var. Tədbirlərə və ya hasidə yerinə təcili çatmaq lazım olduqda onlardan istifadə edirik”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Redaksiyamızın xidməti maşını yoxdur. Əməkdaşların maşınlarından istifadə edirik. Ekstremal situasiyalarda redaksiyanın hesabına taksi tutulur. Gecə növbəsinə qalan jurnalistlərimiz isə təsisçinin maşını ilə evə gedirlər”.

“İki Sahil” qəzetinin baş redaktorun birinci müavini İsmayıl Hacıyev: “Bizim redaksiyamızın xidməti avtomobili var. Amma onlardan necə istifadə etdiyimiz barədə hesabat verəsi deyiləm ki, nəyinizə lazımdır...”.

“Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu: “Bir xidməti maşınımız var. Bu maşınla hansısa tədbirə tez çatmaq lazım gələndə istifadə edirik”.

“Zaman” qəzetinin baş redaktoru Urfan Məmmədli: “Bir maşınımız var, ondan istifadə edirik. Gecə növbəsində qalan jurnalistlərin getməsi üçün taksi tutulur, xərci redaksiya ödəyir”.

“Ayna-Zerkalo” qəzetinin şöbə müdiri Azər Rəşidoğlu: “Bəli redaksiyamızın 3-4 xidməti maşını var. Təcili tədbirlərə gedən və gecə növbəsinə qalan jurnalistləri həmin maşınlar aparır”.

APA-nın baş direktor müavini Nurşən Quliyev: “Bizdə xidmət üçün bir avtomobil var. Tədbirlərə təcili getməli olan əməkdaşları xidməti maşın aparır”.

“525-ci qəzet”in əməkdaşı Pərvanə Sultanova: “Xeyr, bizdə xidməti maşın yoxdur. Gecə növbəsinə texniki işçilər qalırlar. Onlar da ictimai nəqliyyatla evə gedirlər. Tədbirlər tez çatmaq üçün elə ictimai nəqliyyatdan istifadə edirik.”.

“Exo” qəzetinin baş redaktor Nair Əliyev: “Bizim redaksiyanın 2 xidməti maşını var. Bunlar gecə növbəsinə qalan jurnalistləri aparmaq üçün və təcili tədbirlər üçün nəzərdə tutulub”.

Vüqar Ağamalıoğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin sabaha olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02