Arxiv
6 Oktyabr 2010, 16:27 | MEDİA
Jurnalistlər öz seçki məntəqələrinin nömrəsini bilirlərmi? (sorğu)


Bu il noyabrın 7-də Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək. Digər seçkilərlə müqayisədə parlament seçkilərinə maraq həmişə böyük olub. Bu da yəqin ki, namizədlərin çox olması ilə əlaqədardır.
Aparılan sorğular göstərir ki, bəzi seçicilər səsverməyə getdikləri seçki məntəqəsinin harada, nəyin yanında yerləşdiyini bilsələr də, onun neçə nömrəli olduğunu yadda saxlamırlar. Sən demə elə jurnalist həmkarlarımızın da əksəriyyəti  qeydiyyatda olduqları seçki məntəqəsinin harada yerləşdiyini, ora necə getmək lazım olduğunu bilirlər, amma nömrəsini yox.

Beləliklə sorğumuz var: səs verəcəyinizi məntəqənin nömrəsini bilirsinizmi?
 
“Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı: “Bəli bilirəm. Bizim məntəqə Yeni Yasamalda 24 saylı seçki məntəqəsidir. İndi bilmirəm nömrəsi dəyişibdi, ya yox”.

“Media forum” portalının baş redaktoru Azər Qaraçənli: “Bəli məntəqənin yerini tanıyıram. Bizim məntəqəmiz 35-ci Xətai seçki dairəsidirndə yerləşir. Məntəqəni ona görə tanıyıram ki, mənim oxuduğum orta məktəb olub”.

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev: “Məntəqəmizin nömrəsini deyə bilmərəm, amma 34 saylı seçki dairəsində yerləşir”.

AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılov: “Əlbəttə tanıyıram. 21 nömrəli məntəqədir, Nərimanov rayonunda evimizin yanında yerləşir”.

“Qafqazinfo” saytının baş redaktoru Elbrus Seyfullayev: “Tanıyıram. Nərimanov rayonunda 21 saylı məntəqədir. 20 saylı dairənin 21 saylı məntəqəsi”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Tanıyıram. 22 saylı Nəsimi seçki dairəsinin 2 saylı məntəqəsi”.

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli: “Niyə tanımıram. 34 saylı Xətai dairəsindədir. Məntəqə də 260 saylı məktəbdə yerləşir. Məntəqənin nömrəsi olur, bəyəm? Hər il orda səs vermişəm, bu ildə orda səs verəcəm”.

“Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu: “Mən Lənkəran rayonunda qeydiyyatdayam. Qeydiyyatda olduğum ünvanın yaxınlığında mədəniyyət sarayı var. Səhv etmirəmsə ora məntəqədir, Lənkəran şəhər dairəsinin ərazisidir”.

“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli: “Mən qanunla düşürəm 68 saylı Cəlilabad kənd seçki dairəsinə. Məntəqənin nömrəsini bilmirəm. Heç maraqlanmamışam da. 40 yaşım var, 19 ildi Azərbaycan müstəqildir, heç vaxt gedib, heç kimə səs verməmişəm. Ona görə ki, mənası yoxdur. Azərbaycan başqa tövrlə idarə olunur. Bizim ölkə seçki ölkəsi deyil”.

“Xəbərlər” İnformasiya Agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə: “Mənə hələ bildiriş almamışam. Bilirdim, amma sadəcə unutmuşam. Haçan bildiriş gələr, onda gedib səs verərəm”.

“Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseyinli: “19 saylı Nərimanov 1-ci seçki dairəsinin ərazisində yaşayıram. Seçki məntəqəsi evimizə çox yaxındır, nömrəsini sadəcə unutmuşam”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “18 saylı Yasamal seçki dairəsində qeydiyyatdayam. Məntəqə də bizim “JEK”in binasında yerləşir. Amma nömrəsini bilmirəm. Yasamal bazarının qarşısında yerləşir. Hər dəfə orda səs veririk”.

“Milli.az” saytının baş redaktoru Sevda Həmidova: “8 saylı Binəqədi seçki dairəsində qeydiyyatdayam...”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev: “Məntəqəmiz Zığda yerləşir. Hətta uşaqlar gedib qeydiyyatdan keçib. Səhv etmirəmsə, 12 saylıdır”.

“525-ci qəzet”in redaktoru Yaşar Əliyev: “Dairəmizin nömrəsini bilmirəm. Məntəqənin də nömrəsin bilmirəm. Bir məktəb var, bizimkilər həmişə orda səs verirlər”.

“Üç Nöqtə” qəzetinin redaktoru Pünhan Əfəndiyev: “Məntəqə bizim evin yanında məktəb var, orda yerləşir. Nizami rayonununda 24 ya da 25 nömrəlidir”.

Modern.az saytının redaktoru Əfqan Qafarlı: “120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində qeydiyyatda olduğumu bilirəm. Amma seçki məntəqəsinin nömrəsini deyə bilmərəm. Çünki müxtəlif səbəblərdən indiyədək səsvermədə iştirak etməmişəm”.

Vüqar Ağamalıoğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin martın 1-nə olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02