Modern.az

“Davam” qəzeti gəlir....

“Davam” qəzeti gəlir....

Media

17 Dekabr 2010, 18:30

Gələn ilin yanvarından Azərbaycan KİV-lərinin sıralarına daha bir qəzet qoşulacaq. “Davam” adlanacaq yeni qəzet jurnalist Elman Cəfərlinin baş redaktorluğu ilə işıq üzü görəcək. Modern.az-a açıqlamasında E.Cəfərli bildirib ki, yeni media layihəsi üçün maraqlı ideyaları var.
Onun sözlərinə görə, qəzetdə peşəkar jurnalistlərlə yanaşı, yeni imzalar da olacaq. Mediada tanınan imzalardan Alim Nəbioğlu, Teymur Zahidoğlu, Lalə Mehralı yeni qəzetdə fəaliyyət göstərəcəklər. 

Həftəlik çıxacaq qəzet ictimai-siyasi mövzulara yer verəcək. Bundan əlavə, qəzetin prioritetlərindən biri cənubda yaşayan soydaşlarımızın problemləri olacaq.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub