Modern.az

Tələbələri daşıyan avtobus aşdı: 2 ölü, 21 yaralı

Tələbələri daşıyan avtobus aşdı: 2 ölü, 21 yaralı

Ölkə

29 May 2016, 20:59

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki,  həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş şəhər sakinləri olub. Onların Sumqayıt Texnologiya Kollecinin kollektivi olduğu vurğulanır.

***

Məlumata görə, dünyasını dəyişənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur.

Yaralılardan isə hələ ki, iki nəfərin adı məlum olub. Bunlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira,Ziba Rəhimova,Lalı Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov,Rasim Rzayev,Leyla Fəryadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev,İradə Əliyeva,Fərqanə Fərzəliyeva,Hədiyyə Əliyev,Vüsalə Ağabəylidir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı