Modern.az

Bərəkətli Çörək Muzeyləri...

Bərəkətli Çörək Muzeyləri...

Ölkə

2 Mart 2011, 11:00

Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru

Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dunyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə baglı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni bugdanın eramızdan əvvəl onuncu minilliyin ikinci yarısına aid olması göstərilir. Mənbələrdə həmçinin eramızdan əvvəl 2-3-cü minillikdə Misirdə 3 buğda növünün əkildiyi  qeyd olunur. Ölkəmizdə də aparılan arxeoloji qazıntılar zamanı daşlaşmış bugda növləri eramızdan əvvəl 6-7 minilliyə aid edilir. Bütün sivil mədəniyyət sahiblərində olduğu kimi bərəkətinə and içdiyimiz çörəyə hörmət və ehtiram daim xalqımızında qan yaddaşında olmuş və ənənə bu gündə davam etməkdədir. Bu müqəddəs nemətə ehtiram həm folklorumuzda, həm də ədəbiyyatımızda öz əksini daim tapıb. Yəqin ki, hər birimiz cörəyə qarşı hörmətsizlik edənin axırının heçdə yaxşı gəlmədiyini dəfələrlə şahidi olmuşuq. Əksər xalqlar müqəddəs neməti  daha əziz tutaraq   mövcud ənənələri gələcək nəsllərə ötürmək, milli əxlaqi dəyərlərin daha geniş və məzmunlu təbliği məqsədi ilə çörək muzeyləri yaratmışlar. Bu sıralamada bizdə fəxrlə ölkəmizin adını çəkə bilərik...

Bu məqamda xüsusi qeyd edilməlidir ki, 1980-cı ildə  ölkəmizdə muzeylərin  fəaliyyətinə sanki ikinci nəfəs verilmişdi. Həmil il hökumətin qərarına uyğun olaraq müxtəlif məzmunlu, xüsusəndə diyarşünaslıq muzeylərinin yaradılmasına start verildi. Bu  illər qeyri-adi muzeylərin yaradılması ilə yaddaşlarda qalır. Agdam Çörək muzeyinin, Lerik Uzunömürlülər Muzeyi, Zəngilan Daş heykəllər muzeyi adıçəkilən illərin məhsulu idi. Məlumat üçün bildirək ki, hazırda  ölkəmizdə  146 muzey və 30 şəkil qalereyası  fəaliyətdədir. 146 muzeydən 138-i (21 filial da daxil olmaqla) Mədəniyyət Nazirliyinin, 4 muzey Milli Elmlər Akademiyasının, qalanları isə digər nazirlik və idarələrin tabeliyində olduğu deyilir.

Çörək muzeyləri ilə bağlı apardığımız araşdırmalardan bizə belə məlum oldu ki, dünyada çörək muzeylərinin tarixi ötən əsrin ortalarından başlayır. İsveçrə, Almaniya, Fransa,  Hollandiya, Latviya, Rusiya, Ukrayna, Braziliya, Moldova, İsrail, Belçika, Polşa, Portuqaliya,Yunanıstan o cümlədən Azərbaycanda daxil olmaqla hazırda 15 ölkədə 21 muzey fəaliyyətdədir. 22-ci muzeyin Belarusun paytaxtı Minskdə  2013-cü ildə istifadəyə veriləcəyi deyilir.

Çörək muzeyləri forma və məzmununa görə fərqlənir. Yəni  müvafiq dövlət statusu almış və dövlət büdcəsindən maliyyələşən muzeylər, hüquqi-fiziki şəxslərə məxsus və rəsmi dövlət qeydiyyatına alınmış muzeylər, o cümlədən təhsil ocaqlarında yaradılmış muzeylər. Birinci iki qrupa aid muzeylər  eksponat fondunun zənginliyinə görə seçilir. Bəzi hallarda özəl struktur tərəfindən yaradılan muzeylərə də rəsmi status verilir. Və turist marşrutlarına salınır. Təhsil müəssisələrində yaradılan muzeylər uşaqların təlim-tərbiyyəsində ciddi rol oynasada onun eksponat fondu  elə də zəngin olmur və muzeyin muhafizəsi, habelə eksponatların qorunması tələb olunan səviyyədə keçirilmir.

Qeyd etməliyik ki, dünyada ilk çörək muzeyi İsveçrənin Sürix şəhərində şəhər sakini Mişel Veren tərəfindən 1940-cı ildə yaradılmışdır. M. Verenin şəxsi mənzilində yaradılan muzeydə qədim Misirdə, Romada və dünyanın digər ölkələrində bişirilən çörək numunələri  indi də nümayiş olunur. Muzeydə həmçinin daş dövrünə aid, eramizdan 6 min əvvəl çörək mayası olmadan bişirilmiş çörək numunəsi də sərgilənir. Bu nadir eksponat suyu qurumuş göldə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir.

Dünyada ikinci, bəzi mənbələrdə birinci göstərilən  Almaniyanın Ulm şəhərindəki Çörək muzeyi  1955-ci ildən fəaliyyətdədir. Muzeyin adının daim birinci sırada çəkilməsi onun ilk rəsmi dövlət statusu alması ilə baglı olduğu deyilir. Hazırda muzeydə 18500 eksponat, çörək və çörək məmulatlarının hazırlanma texnogiyaları, çörəkbişirmə ilə bağlı tarixi sənədlər və qədim eksponatlar nümayiş olunur. Ulm şəhəri Dunay çayının sahilində yerləşir. Muzey şəxsi olsada, amma qeyri-kommersiya xarakteri daşıyır. Muzeyə giriş pulludur. Əldə olunan gəlirlə maarifləndirmə işi aparılır. Əlavə  olaraq kitablar, bukletlər nəşr edilir, eksponatların mühafizəsi həyata keçirilir.   Muzeyin yaradılma ideyası şəhər sakini antifaşist  Villi Ay-Zelenə məxsusdur. Ulm şəhəri həmdə görkəmli fizik Albert Eynşteynin vətəni kimi tarixə düşmüşdür. İki nümayiş zalından ibarət olan muzey də,  həm də çörək-bulka məmulatlarının bişirilmə texnologiyasna həsr olunmuş zəngin kitabxanada fəaliyyətdədir. 

Qədim un dəyirmanında yerləşən Fransa Çörək muzeyi isə 1972-ci ildən ziyarətçilərin  istifadəsindədır. Burada müxtəlif əmək alətləri qədim çörək numunələri, çörəkdən bəhs edən kitablar nümayiş olunur. Muzeydəki eksponatların sayı 1000-i keçir.

1983-cü ildən istifadəyə verilən Kiyev Çörək muzeyi isə bir qədər fərqlənir. Yəni muzeyə gələnlər mövcud olmuş çörək numunələrindən dada bilərlər. Muzeyin ərazisində istifadəyə verilmuş çörəkxanada bütün növ qədim və  yeni numunələr  bişirilir. Və satışa çıxarılır.  Kiyev muzyində “Leninqard muhasirəsində” bişirilən çörəkdən tutmuş, “kosmos”da yeyilən çörəyədək numyiş olunur. Muzeydə habelə Ukraynanın bütün vilayətlərindən toplanılmış 100-dək çörək numunəsi, ABŞ, Fransa, Almaniya və digər ölkələrin çörək numunələri də nümayiş olunur. Ekoloji-naturalist mərkəz tərəfindən yaradılan muzeyin əsas məqsədi çörəyə və biçinçi əməyinə hörmət və ehtiram hissini aşılamaq, qədim ənənələri yaşatmaqdır. Ukrayanada ikinci çörək muzeyi Vinnitsa şəhərindədir. Muzey bu gün baxımsızlıq ucbatında məhvolma təhlükəsi ilə üzləşmişdir. Bu gün muzeydə saxlanılan 700 eksponatdan 500-dək hissəsi sıradan çıxmışdır. Muzeydə qədim külək dəyirmanı da vardır. Ukranadakı üçüncü çörək uzeyi Odessa şəhərindədir. “Odessa Çörək” MMC tərəfindən yaradılan muzeydə  “Çörəkbişirəmə tarixi” , “Çardövründəki  çörəkbişirmə mədəniyyəti”, “İnqilab dövrü çörək bişirmə”, “Çörək bişirmə mədəniyyəti İkinci Dünya müharibəsi dövründə”, “Müsair Odessanı çörək bişirmə mədəniyyəti” mövzusunda ekspozisiyaları nümayiş olunur. Muzey eksponatları içərisində II Yekaterina dövründə  verilmiş əmrlər və digər sənədlərdə diqqəti çəkir. Muzey hələlik rəsmi dövlət statusu almamışdır.

Rusiyanın 3 şəhərində - Sankt-Peterburq, Gəlincik və Bolqar şəhərində  bu tipli muzey fəaliyyətdədir.   Rusiya Federasiyasında birinci olan muzey-Sankt-Peterburq Çörək Muzeyi 1988-çı ildə istifadəyə Mixail Qlazumutski tərəfindən verilsədə, dövlət statusunu yalnız 1993-cü ildə ala bilmişdir. Hazırda muzeydə 14 000 eksponat nümayiş olunur. 2010-cu ildə isə Rusiyada daha iki muzey Krasnodar diyarının Gəlincik şəhərində Çörək və Şərab müzeyi, o cümlədən Tatarıstan Muxtar Respublikasının  Bolqar Şəhərində Çörək muzeyi istifadəyə verilmişdir. Bu muzeyin tərkibində çörəkxana, at tövləsi və dəmirçi emalatxanası vardır. 2011-ci ilin yanvarında muzeyə Hollandiyadan qədim un dəyirmanı da gətirilmişdir. Xatırladaq ki, adıçəkilən şəhər X-XVII əsrlərdə bu ərazilərdə yerləşən Volqa Bulqarlarıının paytaxtı olmuşdur.  Muzeyin həyətində habelə külək dəyirmanı, dəyirmançı evi və həyat yanı sahələr vardır. Maraqlı cəhət ondadır ki, turistlər hətta özləri burada çörək bişirə bilərlər. Əlavə olaraq bayramların keçirilməsi üçün meydançanın, restoranın və dükan-bazarda istifadəyə verliləcəyi bildirilir. Muzey kompleksi Tatarıstanın paytaxtı Kazan şəhərindən 140 kilometr aralıda yerləşir.

Moldovadakı muzey isə Oknitsa rayonu Qraunitsa kəndindəki məktəbdə fəaliyyət göstərir.  Bəzi mənbələr Belçika və Hollandiyda da çörək muzeyinin olduğunu qeyd edirlər.

İsrailin Xayfa şəhərində Plamur Meydanı yaxınlığında bu ölkədə yeganə olan Çörək muzeyi fəaliyyət göstərir. “Daqon” Çörək muzeyi ilk dəfə 1966-cı ildə rəsmi status aldıqdan sonra ziyərətçilərə açıq elan edilmişdir. Muzeyin yaradılmasının təşəbbüskarı yerli iş adamı Geyven Gext həmin ildə öz taxıl elevatorunun birinci mərhələsini istifadəyə vermişdi. Əvvəlcə müəssisənin inzibati binasında yerləşən muzeyə sonralar ayrıca bina inşa edilmişdir. Muzeyə giriş pulsuz olsa da, hər gün ancaq 30 dəqiqə açıq olur. İlk dəfə olaraq ziyərətə gələnlərə müəssisənin yaranmasına həsr olunmuş qısa metrajlı film göstərilir. İlk dövrlərdən başlamış son dövlərədək müəssisənin inkişaf tarixi, bütün texniloji proseslər filmdə öz əsksini tapmışdır. Məlumatlarda o da bildiriılr ki, Xayfa şəhərinin inkişafında əsas xidmət məhz Geyven Gixtə düşür. Hazırda muzey məhz Geyven Gextin adını daşıyan fond tərəfindən maliyyələşdirlir.

Latviyadakı çörək muzeyi Latqaliya ərazi vahidliyinin Aqlon kəndində fəaliyyət göstərir.  Bu kənddə həm də qədim katolik kilsəsi fəaliyyətdədir. Yerli özünüidarəetmə orqanının keçmiş üzvü Via Antsane tərəfindən yaradılmış muzeydə onlarca çörək növləri nümayiş etidirilməklə, yanaşı həm də turistlərə dadmaqda təklif olunur. Hazırda həmin kənd tursit martşrutlarına salınıb.  Yeni, özüdə konservantsiz undan hazırlanan çörəyin ətri bəzən bütün kəndə yayıldığı deyilir. Muzey  ötən əsrin sonlarından ziyarətçilərin ixtiyarına verilib.

Yunanıstan Çörək muzeyi paytaxt Afindan xeyli aralıda olan ucqar kənddə yerli folklor qrupu tərəfindən 1982-ci ildən  fəaliyyətdədir. Muzeydə yerli çörək və buğda növləri ilə yanaşı, çörək bişirmə texnologiyalarıda nümayiş olunur.

Polşa Çörək muzeyi isə 2000-ci ildə “İzi”  şirkətinin rəhbəri Pyotr Mankeviçin təşəbbüsü ilə yaradılmışdır. P.Mankeviçin yaratdığı şirkət məhz çörəkbişirmədə istifadə olunan texnologiyaların istehsalı ilə məşğuldur və muzeyin  eksponatların əksəriyyətidə məhz onun istehsal etdiyi mexanizmlərdir.

Portuqaliyanın Seya yaşıyış məntəqəsində 1996-ci ildən istifadəyə verilən muzey yerli tarixçilərin təşəbbüsü ilə yaradılmışdır. 2200 eksponat fondu olan muzeydə Portuqaliyanın çörəkbişirmə mədəniyəti və tarixini əks etdirən eksponatlar nümayiş olunur. Заводской музей 10 min kv/m ərazidə inşa edilən muzey kompleksində sərgi salonları, restoran fəaliyyət göstərir.

Serbiya Çörək muzeyinin tarixi isə 1995-ci ildən başlayır. Peçintsa yaşayış məntəqəsində fəaliyyət göstərən muzeydə Serbiyanı çörək mədəniyyətini əks etdirən eksponatlar muzeydə  nümayiş olunur. Muzeyi əsası  rəssam Slobodan Eremic-Eremiya tərəfindən qoyulub.   

Braziliyada fəaliyyətdə olan muzeyin binasi İtaliyadan olan mühacirlər tərəfindən inşa edilib. Qədim  un dəyirmanında fəaliyyət göstərən muzeyə gələn turistlərə çörəkbişirmənin sirləri də öyrədilir. Qədim abidə yerli elmi mərkəzin layihəsi ilə ötən əsrin sonlarında bərpa edilmişdir.

Araşdırmalar zamanı diqqətimizi çəkən məqamlardan biridə “Buğdadan çörəyə” proqramı çərçivəsində keçirilən Beynəlxalq Çörək bayramı idi.  Artıq dördüncü dəfə keçirilən festifal ənənəvi olaraq Sloveniyanın Novi-Sad şəhərində keçirilir. Burada çörək məmulatları ilə yanaşı çörək bişirmədə tətbiq olunan yeni innovasiyalar, texnologiyalar sərgiləir. Belə bir tədbir ənənəvi olaraq “Balkankult Fondu”  tərəfindən ən qədim çörək muzeyinin fəaliyyət göstərdiyi şəhərdə- Almaniyanın Ulm şəhərində də  baş tutur. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı  isə Agdam şəhərində yaradılmış muzey idi. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı  isə Agdam şəhərində yaradılmış muzey idi. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı  isə Agdam şəhərində yaradılmış muzey idi.

Yuxarıda sadaladığımız muzeylər arasında bizim üçün əlçatanı və yaxını ölkəmizdə yeganə olan Ağdam Çörək muzeyi idi. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı  isə Agdam şəhərində yaradılmış muzey idi. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı  isə Agdam şəhərində yaradılmış muzey idi. Vaxtı ilə Ağdamın məşhur “Çörək muzeyi”  köhnə dəyirmanın ciddi restavrasiya edilməsindən sonra 1983-ci ilin sonlarından ziyərətçilərin istifadəsinə verilmişdi. Agdam Çörək muzeyi keçmiş SSRİ məkanında birinci rəsmi status almış muzey sayılırdı Muzeyin 2800-ə yaxın eksponatı arasında Agdam ərazisindəki “Çalağan təpədə” arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da var idi. Keçmiş SSRİ-nin paytaxt şəhərlərində bişirilən 300-dən artıq çörək numunəsi muzeydə sərgilənirdi. Muzeyin eksponat fondunun yaradılmasında akademik İmam Mustafayevin, iqtisad elmləri doktoru, professor  Əbülfəz Qasımovun (Bərəkət) və bir çox ziyalılarımızın müstəsna rolu olub. Həmin illərdə muzeydə respublikanın bütün bölgələrindən çörək növləri toplanmışdı. Gədəbəy rayonundan isə  qədim tarixə malik 16 əkinçilik avadanlığı muzeyin ekponat fonduna hədiyyə edilmişdi.  Dəyirmanın təhnəsi də o vaxtı bərpa edilmiş və dəyirman ümumən işlək vəziyyətə gətirilmişdi. Agdamda görülən işlərin əsas təşəbbüskarı isə həmin dövrdə rayon partiya komtəsinin birinci katibi işləmiş görkəmli ziyalı Sadıq Murtuzayev idi. Baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üzləşən dəyirman binası məhz onun sayəsində bir il ərzində əsaslı təmir edilmiş, ətrafı abadlaşdırılmışdı. Muzeyə bitişik ərazidə təndirxanası olan “Sünbül”  kafesi həm də ziyarətçilərə xidmət göstərirdi. Ağdam muzeyi 1983-cü ildə rəsmi status almış və muzeyin ilk direktoruda tanınmış telejurnalist Allahverdi Əsədov olmuşdu. Ondan sonra muzeyə Ofelya Zeynalova, Nadir Quliyev rəhbərlik etmişlər. Muzeyin sonuncu direktoru isə Hafiz Əliyev olmuşdur. Yeddi nəfərlik ştat cədvəlində iki elmi işçi, üç bələdçi, bir dəyirmançı vəzifəsi var idi. Həmin illərdə keçmiş SSRİ-yə  daxil olan respublikaların yüzlərcə vətəndaşı muzeyi ziyarətə gəlmişdilər. Bu minvalla muzeyin fəaliyyəti 1991-ci ilin sonunadək davam elədi... Mənfur erməni silahli dəstələrinin 1992-ci ilin yazında muzeyə atdığı “Qrad” mərmisi muzeydə yangına səbəb oldu. Və bununlada muzeyin fəaliyyəti dayandı...

Biz bu yazıda hazırda dünyada fəaliyyətdə olan çörək muzeyləri barəsində məlumat verdik. Həm də öz çörək muzeyimiz barəsində. Yazıida yer alan muzeylərin yalnız biri, yəni Agdam Çörək Muzeyi fəaliyyət göstərmir.  Bu və digər məqamlara növbəti yazıda  aydınlıq gətirməyə çalışacağıq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı