Modern.az

Tahir Kərimli kişi müəllimlərlə bağlı TƏKLİF verdi

Tahir Kərimli kişi müəllimlərlə bağlı TƏKLİF verdi

Ölkə

17 Mart 2017, 16:30

Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2016-cı il fəaliyyətinə dair hesabatının müzakirələri davam edir.

Modern.az saytının xəbərinə görə, deputat Tahir Kərimli deyib ki, Quba-Şamaxı yolunun açılması hələ də ləng gedir.

“Bu, turist itkisidir. Təsəvür edin, kimsə Qubadan Şamaxıya, ya da Şamaxıdan Qubaya getmək üçün, xeyli məsafə qət edir. Birbaşa yol isə hələ də açılmayıb”-deyə Tahir Kərimli bildirib.

Deputatın sözlərinə görə, Ağsu dolaylarında olan restoranların, kafelərin fəaliyyətini davam etdirməsinə şərait yaradılmalıdır.

“Hər dəfə deyirlər ki, Ağsu dolaylarında sürüşmə var. Buna görə də, nə qədər restoran işləmir. İnsanlar əvvəllər gedərdilər bu yerlərdə istirahət edərdilər, çay içərdilər”.

Tahir Kərimli problemli kreditlərlə bağlı da təklif verib:

 “Kreditlərin ən azı hissəyə bölünməsini təklif edirəm: bir hissəsi dövlətin, bir hissəsi kredit götürənin, üçüncü hissəsi də bankların üzərinə düşsün”.

Deputat orta məktəblərdə kişi müəllimlərin az olduğuna da diqqət çəkib: “Hazırda orta məktəblərdə kişi müəllimlər azdır. Kişi müəllimlərlə bağlı stimullaşdırıcı addımlar atılmalıdır ki, onlarda bu sahəyə meyl yaransın. İndi orta məktəblərdə olan kişi müəllimlər də yaşlılardır”.


Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı