Şənbə günü olacaq toyda nə Şakira olacaq, nə də Tarkan...
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toyu şənbə günü, aprelin 16-da keçiriləcək. Bu barədə sosial şəbəkədə ona yaxın dostları Anar Məmmədov barədə son günlər yazılan yazıları müzakirə edərkən informasiya yayıblar.
Modern.az xəbər verir ki, “Facebook”da yayılan bu məlumatda deyilir ki, Anar Məmmədovun dəbdəbəli toy edəcəyi barədə deyilənlər həqiqətə uğun deyil.
“Toyda nə Tarkan, nə Ledi Qaqa, nə də Şakira oxuyacaq. Məclisi xalq artisti Brilliant Dadaşova idarə edəcək”-deyə bildirilir.
Qeyd edək ki, Anar Məmmədovun evlənməsi ilə bağlı bir sıra KİV-lərdə gedən məlumatlarda onun toya dünyanın məşhur müğənnilərini çağırması yazılır.
Anar Məmmədovun adı bir ildən çoxdur ki, müxtəlif hadisələrlə bağlı hallanır. Sonuncu dəfə Qəbələdə ayı kababı ilə bağlı qalmaqal böyük rezonans doğurmuşdu. Nəticədə Anar Məmmədov “Yeni Musavat” qəzetini məhkəməyə verməli olub.
Anar Məmmədov “ZQAN Holdinq”in prezidentidir.
Modern.az