Gəncənin yol polisləri avtoxuliqanlara qarşı növbəti reyd keçirib. Asayiş keşikçiləri yol hərəkət qaydalarını kobud şəkildə pozan xeyli sayda sürücünü cəzalandırıb. 40-a yaxın avtomobil cərimə meydançasına salınıb.
Modern.az-ın məlumatına görə, Gəncədə yol hərəkət qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizə tədbirləri davam çərçivəsində yol polsiləri gücləndirilmiş iş rejiminə keçib. Şəhərin müxtəlif ərazilərində keçirilən reydlər zamanı bir çox maraqlı məqamlar ortaya çıxıb.
Kimi “Saxla!” işarəsinə məhəl qoymayıb asayış keşikçiləri ilə qaçdı-qovdu oynayıb, kimi isə avtomobilini saxlayıb özü qaçmaq istəyib.
Reydlər zamanı məlum olub ki, Gəncədə avtomobilə əlavə avadanlıq quraşdıranlar az deyil. Bu üzdən də belə sürücülərə qarşı qanuna müvafiq tədbirlər görülüb.
O da məlum olub ki, sükan arxasında əyləşənlərin əksəriyyəti təhlükəsizlik kəmərindən istifadə etmir. Xeyli sürücü inzibati qaydada cərimələnib.
Qeyd edək ki Gəncədə analoji tədbirlər bundan sonrada davam etdiriləcək.

Xaliq Qurbanov
Gəncə