2007-2008-ci illər ərzində özünü Səkinə Süleymanova kimi təqdim edərək dələduzluq yolu ilə vətəndaşları aldadıb onların pullarını mənimsəyən şəxs nəhayət yaxalanıb. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs barəsində dələduzluq əməlləri ilə bağlı cinayət işi başlanıb. DİN-in məlumatına görə, yalançı “Səkinə Süleymanova” Bakı şəhər sakinləri Rüfət Əliyevdən 5000, Fəxriyyə Əliyevadan 5000 dollar, Vüsalə Abdullayevanın adından “Dəmiryolu Bankı”ndan 25000 dollar, Sitarə Məmmədovanın adından “Kapital Bank”dan 26500 manat və Fəridə Hüseynovaya məxsus “Ekspress” mağazasından müxtəlif məişət əşyaları götürərək mənimsəyib. Faktla əlaqədar Xətai rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar aparılır.