Məlum olduğu kimi, noyabrın 27-28-29-da müsəlman aləmində, o cümlədən Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar olaraq, əhalinin iri və xırda buynuzlu heyvanlara tələbatı da artır. Bundan istifadə etməyə çalışan bəzi şəxslər əti bahalaşdırmağa çalışırlar.
Modern.az xəbər verir ki, bunu nəzərə alaraq, ötən həftədən etibarən İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ət satışı məntəqələrində gündəlik monitorinqlərə başlayıb. Nazirlikdən bildirilib ki, paytaxt rayonlarında, eləcə də bir sıra şəhər və rayonlarda indiyədək keçirilmiş monitorinqlər zamanı satışda olan ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti monitorinqləri bayram günlərində də davam etdirəcək.