Modern.az

“Pomidor problemi”i ağdamlı fermerləri də vurdu

“Pomidor problemi”i ağdamlı fermerləri də vurdu

Ölkə

12 Avqust 2011, 11:49


Ağdamda pomidor sahələrdə qalıb. Məhsul bol olsa da, alıcı tapılmır.    Ötən il pomidorun qiymətinin baha olması ağdamlı fermerlərin bu sahəyə marağını xeyli artırıb. Bu səbəbdən də Ağdamda kənd sakinləri əkin sahələrinin böyük bir hissəsinə pomidor əksələr də, məhsul bostanda qalıb. Kənd sakini  Elçin Hacıyev deyir ki, məhsul çoxdur, lakin alan yoxdur. Qiyməti də aşağıdır. 30 kq pomidoru 3 manata verirlər. Onun da kilosu 7 qəpiyə düşür.
“Ötən il isə həmin yeşiyi 30 manata satırdıq” deyən təsərrüfat sahibi indi ciddi problemlə üzləşməklərindən narahatdır.
Məhsul baha başa gəlsə də, qiymətlərin aşağı olması kəndlilərin zəhmətini əlində qoyub. Satılmayan pomidor sahələrdə məhv olur. 

Ötən ilin müvafiq dövründə sahədən bazara pomidorun  1 kq-ı 70-80 qəpiyə satılırdısa, hazırda 5-6 qəpik təklif edilir. Kənd sakinlərinin daha bir problemi isə rayonda məhsul saxlamaq uçun soyuducu anbarların olmamasıdır.

Qeyd edək ki, bir neçə gün öncə Xaçmazda, Lənkəranda da fermerlər anoloji problem barədə həyəcan təbili çalmış, yetişdirdikləri pomidorun sahələrdə məhv olduğunu qeyd etmişdilər.

Bakı bazarlarında isə pomidor indiki mövsüm üçün baha satılır – kilosu 35-40 qəpiyə....

Xaliq Qurbanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı