Modern.az

Londonda Lənkəran meşələrinin mebel istehsalı ilə bağlı qırılması barədə məlumat yayılıb

Londonda Lənkəran meşələrinin mebel istehsalı ilə bağlı qırılması barədə məlumat yayılıb

Ölkə

26 Sentyabr 2011, 09:45

 

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb Bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin, Lənkəran Meşə Mühafizəsi və Bərpası müəsisəsinin əməkdaşları və digərilərinin istirakı ilə Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin məsul olduğu ərazilərdə monitorinq keçirilib.
Bu barədə Modern.az-a Gəncə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev bildirib.  O, deyib ki, monitorinqin keçirilməsini zəruri edən səbəb Londonda yerləşən “Müharibə və Sülh Araşdırmaları Institutu”nun rəsmi internet səhifəsində Lənkəran meşələrində ağacların müxtəlif şəxslər tərəfindən tək yanacaq məqsədilə deyil, həmçinin, mebel istehsalı və digər sənaye məqsədləri ilə əlaqədar qırılması barədə məlumatın yayılması olub:
“Baxış keçirilmiş ərazilərdə, nəinki ağacların istilik və sənaye məqsədilə qırılmasının şahidi olduq, hətta barəsində bəhs etdiyiumiz meşələrə düzgün münasibətin və düzgün idarəetmənin nəticəsi olaraq  həmin meşələrdə başqa bölgələrimiz üçün örnək olacaq bir halı müşahidə etdik. Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin idarəetməsində olan 7030 hektardan 3000 hektarı müəsisənin öz vəsaiti hesabına çəpərlənib, çəpərə alınmış ərazilərdə qaydalara uyğun olaraq meşə əkini işləri həyata keçirilib və ən maraqlısı isə odur ki, əkilmiş ağaclar demək olar ki, 100 % bitib. Bundan başqa, meşə əkini aparılmayan yerlərdə mal- qaraların həmçinin insanların hərəkətlərinin məhdudlaşdırılması hesabına milyonlarla özünü bərpa etmiş ağacları müşahidə etdik”. 
Təşkilat rəhbəri deyib ki, Londonda yerləşən “Müharibə və Sülh Araşdırmaları Institutu”nun rəsmi internet səhifəsində doğru olmayan məlumat Samirə Əhmədbəyli tərəfindən ötürülüb: “Ondan xahiş etsək, məlumatında istinad etdiyi qırğınların məkanını və miqyasını bizə təqdim edə bilərmi?”  

Modern.az

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı