Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatda bildirilir ki, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.
Arabir güclənən şimal-şərq küləyi əsəcək, gündüz arabir cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Tibbi - meteoroloji proqnoz əsasən Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar ücün nisbətən əlverişli olsa da, 23-ü günün ikinci yarısından başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar ücün əlverişsizdir.
Modern.az