Modern.az

Ermənilər üçün sevinc…

Ermənilər üçün sevinc…

Ölkə

19 Fevral 2012, 18:22

Qafar Çaxmaqlı

Türkiyədə yaşadığım bu aylarda erməni  millətindən olan bir- iki  köşə yazarının yazdıqlarına həmişə diqqət edirəm. Xüsusən, Markar Yesayan və Etyen Mahcupyanın yazılarını oxuyuram və  bəzən onları Hrant Dinklə də müqayisə edirəm. Öz-özümə bəzən deyirəm ki,  bunlara baxanda Hrant Dink şükürlüydü. Bilirsiniz də AGOS qəzetinin baş redaktoru  H.Dinki niyə öldürmüşdülər? 
Nə demişdi ki, Hrant Dink, onu həm məhkəməyə çəkmiş ve sonra da... Onun AGOS-da  gedən bir fikrinin türkçəsini olduğu kimi verirəm, ona görə ki, hələ də Azərbaycanda bu zatın nədən öldürüldüyü çox da bilinmir. Və hətta bizim kosmopolitlər Türkiyədəki məsləkdaşlarına  qoşulub ağızlarına gələni söyləyirlər. Budur, Dinkin həmin cümləsi:

”Türkdən boşalacaq zehirli kanın yerini dolduracaq təmiz kan erməninin Ermənistanda kuracağı asil kanda mevcuttur”.

Onun bu cümlə ilə nə demək istədiyi çox müzakirələrə yol açsa da (buna da o zaman  hərə bir cür reaksiya vermişdi)  hakimlər Türklüyə həqarət  suçundan onu məhkəməyə çəkmişdilər. Ogun Samast adlı türk gənci isə ona  “Türkün zəhərli kanı” ifadəsinə görə cəza vermək fikrinə düşmüşdü. Avtobusa minib  Trabzondan İstanbul yolunu tutanda bəlkə də Dink və onun arkadaşları bilirdilər ve  hiss eləmişdilər ki, onu öldürəcəklər.  
Arkadaşları deyir, biz yox.  Özü də bunun  fərqindəydi.  Tanınmış jurnalist, yazar Ahmet Hakanın  bir verilişində  Dink bu ifadəni o mənada işlətmədiyini iddia etsə də bu  bizim deyimlə, ”üzrü günahından betər” olmuşdu.  Başqa bir televiziya verilişində mən onun işlətdiyi günahdan dolayı həm necə qorxduğunu görmüşdüm, həm də peşman olduğunu.  Yaşadığın ölkənin xalqına nifrət edəsən və burada əl- qolunu sallayaraq yaşayasan. Cəsarətli adam idi Dink. Əlbəttə, o da yaxşı bilirdi ki, 70 milyonun içindən bir dəlisi çıxa və soruşa bilərdi ki, niyə sən mənim xalqıma “qanı zəhərli“ deyirsən? Hrant Dink bunları bilə- bilə etdiyini edirdi və hətta  dünyanın erməni toplumu  o zaman bu günü arzulayırdı ki, Türkiyənin özündə onun üstünə günah yükləyəcək fürsət əldə etsin. O fürsət verildi və üç ildir ki, bu məsələ süni olaraq gündəmdə tutulur. Mənim yadımdadır, Ermənistan İctimai TV-si bu ölüm xəbərini çox böyük sevinclə vermişdi və sonrakı günlərdə erməni öndəgələnlər  bu ölümdən necə də sevinmişdilər. 

Ölüm və Sevinc! 

Paradoks idi deyilmi? Onlar nəyə sevinirdilər? Bax buna: “Hepimiz Ermeniyiz. Hepimiz Hrantız!“ bu şüarla meydana çıxaraq Türkiyənin baş meydanında  bu dövləti suçlayacaqdılar. Bu şüarlarla küçələrə kimlərin çıxacağını da hesablamışdılar?  Bəli! Sevinən yalnız ermənilərdimi? 
Dinkin öldürülməsinin 3-cü ilində nə dəyişib, gördünüzmü eyni mənzərəni. Artıq İstanbulun küçələri Erməni sevinci içindədir. Ermənilərin bu  hədsiz sevinci məhz Türklərin dili ilə  ifadə olunur. Onlara, konkret halda yazıma mövzu edəcəyim Mahcupyana və Yesayana bu lazım idi , onu da aldılar. 

Erməni sevinci!  Siz bunu təsəvvür edirsinizmi?

Berlində Tələt paşa, Tiflisdə Cemal paşa, Orta Asiyada Ənvər paşa ve onlarca  başqa türk böyükləri erməni terrorçular tərəfindən öldürülərkən bizlərdən heç sevinən olmuşdumu? Amma Hrant Dink öldürülür, Ermənistan və diaspora sevinc içindədir. Mətləbdən uzaqlaşmayaq, “Taraf” qəzetində yazan Markar Yesayan və “Zaman” yazarı Etyen Mahcupyan bütün yazılarında eynən Dink yolu ilə gedirlər, bu prinsipi yürütməkdədirlər:   “Ermənilərə 1915 də  soyqırım edilmişdir!  Türkiyə bunu boynuna almalıdır”! Ermənistanda hər hansı erməni dığası, Ter-Petrosyan, Koçaryan, Sarkisyan nə fikirdələrsə, onlar da bu fikirdədirlər. Erməni elə hər yerdə ermənidir. Elə bilirsiniz onlar düşünürlər və inanırlar ki, “Erməni soyqırımı” olmuşdur. Qətiyyən yox! Amma bu sözlərdən istifadə edilməsi tələb olunur.  Türkiyədə isə bunu anlayanlar çox deyil.Və bunun ardınca eynən Hrant Dink olayında olduğu kimi, bir ssenari yürüdülür. Budur onlardan biri.

Guya TİT (Türk İntiqam Tuqayı)adlı bir təşkilat Etyen Maahcupyanı öldürmək istəyir.

Amma heç kəs fərqində deyil ki, belə bir  örgöt gerçekdən varmı?  Demək, Ermənilərə yeni bir qurban lazımdır ki, dünyaya ən azından hayqırsınlar: Bu xalq 1915 də də eyni qəddarlığı etmişdir!

Yazımıza konu etdiyimiz bu jurnalist - yazar ermənilər isə  Türkiyədə bəzilərinin “erməni olmaq xoşbəxtliyindən” ruhlanaraq daha da irəli getməkdədirlər. Məsələn, Markar Yesayan son yazılarının birində Hrant Dinki tanıyanları ikiyə bölür, yazısında da  hətta belə  bir başlığı  işlətməyə də cürət edir: “Hrantın arkadaşları və  parazitlər”.  Hrantın arkadaşları məlumdur. Əcəba, parazitlər kimdir? Hrant Dinkin suçsuz olduğuna inanmayanlar, ona acımayanlar... O sıraya kimlər daxildir. Biri elə mən . Çünki başqalarından fərqli olaraq mən Dinkin Ermənistanda verdiyi bir müsahibənin şahidiyəm, onu qəzetlərin birində olduğu kimi vermişəm. Nə demişdi Hrant həmin repotajında? Bir məqamına fikir verin: “Mən bu ölkədə qalmalıyam və onların içində özlərinə dağ çəkməliyəm. Bu vəzifəni mənə xalqım verib”... Bu, onun iç üzüdür.

Hrant Dink də Yesayan kimi tez-tez 1915-ci ilin Erməni  Təhcirindən bəhs edərdi. Deyərdi ki, əğər soyqırımı olmamışsa, bəs bu xalq yüz illər boyu yaşadığı bu ərazilərdə niyə yoxdur. Onları yerlərindən çıxarıb başqa yerə köçürmək, sövq etmək özü əsil soyqırımdır  - deyirdi  İndi sormaq lazımdır, Ermənistanda əhali niyə yoxdur, nədən onun yarısı ölkəni tərk edib niyə getmişdir? Bu məntiqlə bu gün Ermənistan rəhbərləri də soyqırımçıdır. İndi adına Ermənistan deyilən bu ərazilərin kimlərə aid olduğunu hər bir erməni bilir, çünki buraya hər kəs olmasa da əhalinin 90 faizdən çoxunun ya babası, ya atası, ya da özü gəlmədir. Bəs burada yaşayan azərbaycanlı əhali hanı? 

Erməni yazarlar bunu çox əla bilirlər, amma Azərbaycan türklərinin depotasiyasından xəbərsiz kimi yalnızca erməni köçündən bəhs etməkdə davam edirlər və ya  Dinkin dediklərini bu və ya başqa şəkildə bu gün Yesayan da, Mahcupyan da tekrar etməkdədirlər. Dəstək də görürlər. Ogün Samast adlı gəncin 19 yanvar 2009 da etdiyi ilə ilgili  Türkiyədə elə bir dəhşətli təbliğat işi aparıldı və aparılır ki, indi bu adamların millətə həqarətləri belə diqqətə alınmır. Amma mən inanmıram ki bu xalqın içərisindən yeni bir Samast çıxmasın ve deməsin, “Sən mənim xalqımı niyə təhqir edirsən”.  ( əslində  ermənilərə də elə bu lazımdır).  İndilik isə Yesayan “Tehcir” kəlməsindən bol- bol istifadə edir. Bu kəlmənin nə anlama gəldiyi barədə çox da baş sındırmağa gərək yoxdu. Hər kəs bilir ki, Təhcir əhalinin bir yerdən başqa bir yerə köçürülməsinə deyilir. Bu söz günümüzdə daha çox 1915-ci il mayin 27-də Osmanlı dövlətinin qəbul etdiyi qərara aid edilir. Amma tarixdə çox təhcirlər-köçlər olmuşdur. Ama Osmanlı dövləti bu göç qanununu verərkən özünə xəyanət etmiş eski “sadiq təəbə”  olan erməniləri qorumuşdur. Bunu mən iddia edirəm və istənilən erməni ilə dialoqa girməyə də hazıram.

Mən bunu  təkcə “Taraf “ qəzetinin yazarı, özünü bəzən topluma “əl ermənisi” kimi (Qarabağ ermənilərinə də bir vaxtlar biz əl ermənisi deyirdik. Nə fərqi var Türkiyədə də onlar  bir vaxtlar “sadiq təəbə” idilər) göstərən Markar Yesayanın nəzərinə çatdırmaq istəmirəm. Ondan fərqli olaraq mən bu fikirdəyəm ki, doğrudan da dünya savaşında ölüm-qalım mübaraizəsi içində olan Türklər yenə də “sadiq təbəə”nin qayğısına qalmışdılar. Əgər onlar, yəni ermənilər buradan köçürülməsəydi, indi dünyanin müxtəlif ölkələrində bu qədər erməni olmazdı,  indi Ermənistan adli dövlət də olmazdı,  Azərbaycanın İrəvan  xanlığının ərazilərində “bu terroçu, işğalçı  xristian dövlət” ( ifadə C. Makkartniyə aiddir)  yaradılmazdı. Osmanlı bu xəyanətin qarşılığında onları qoruya- qoruya  özünün bir torpağından başqa bir ərazisinə-indiki Suriya ərazələrinə köçürərkən nə biləydi ki, ölümün əlindən aldığı bu xalq sonra onun özünə əbədi düşmən kəsiləcək. Təhcir tətbiq olunarkən şübhəsiz ki,  ərləri savaşa getmiş qadınlara, qocalara, uşaqlara,  rəhm etmədən onları mərəklərə doldurub diri-diri od vurmuşlar...

Bu gerçekleri her kes bilir, bu cinayətə görə  dinc əhaliyə tutduqları divana görə əlbəttə, bəzən  hayıf almaq istəyi olmuşdur və müharibənin elə qanunları var ki, onu heç kim poza bilməz. Amma bu zavallı Markar Yesayan bilirmi ki,  Təhcir illərində ermənilərə hücum edənlər kimlər olub, elə isə deyim,  indi ittifaqa girdikləri kürdlər olmuşdur və bu kürdlər  Cümhuriyyət dönəmində Ermənilər Şərqi Anadoluda qalsalar belə onlara bu yerlərdə yaşamaq imkanı verməyəcəkdilər... Onların da öz qanunları var.

Onun yadında olar, Hrant deyirdi ki,  xalqı ona  görəv (vəzifə) vermişdir. Adlarını çəkdiyimiz və Türkiyə ictimai fikrinə girə bilmiş bu iki erməni millətindən olan  köşə yazarına da deyəsən daha önəmli görəvlər verilmişdir. Görünən o ki, onlar sabah Hrant Dinkin taleyini yaşasalar, o zaman bu görəv yerinə yetirilmiş olacaq. Çünki Erməni xalqına yeni bir sevinc lazımdır.

Türkiyə, Kayseri, 
fevral 2012

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı