Cümşüd İsgəndər
Hər bir insanın öz abrı, həyası var. Nəzərə alsaq ki, millətlər fərdlərdən ibarətdir onda, sözsüz ki, hər millətin də öz adəti, öz abır-həyası mövcuddur. Abır- həya da millətin əsas göstəricilərindən biridir. Müsəlman dünyasından söz düşəndə istər-istəməz bu dünyanın vətəndaşlarının əxlaqi keyfiyyətləri göz önünə gəlir. Ancaq nədənsə fransızlardan söz düşəndə bu kriteriyadan danışmaq olmur. Çoxlarına bəllidir ki, fransızlar bu abır-həyanı çoxdan atıblar. Onların özləri bəlkə də bunu yüksək demokratiya kimi xalqlara bəyan ediblər. Və həmişə də özləri bununla fəxr ediblər. Sən demə, bu demokratiya pərdələnmiş bir demokratiya imiş. Bu pərdə də Fransanın başçıları tərəfindən tez-tez yırtılır və başqa millətlərə hər şey əyan olur.
Hələ Mitteranın vaxtında şaiyələr gəzirdi ki, Mitteran siyasi-iqtisadi vəziyyətlə maraqlanmaq əvəzinə daim arvadbazlıqla məşğuldur. Ömrünün 80-ci illərində mütəmadi olaraq 40 yaşlı qadınlarla eyş-işrətdə olub.
Bundan sonra dövlətin başına gələn Jak Şirak da Mitterndan geri qalmadı. Sərsəm hərəkətləri ilə fransız demokratiyasını daha çox şübhə altına saldı. Yalançı erməni soyqırıımını gündəmə gətirməklə düşünürdü ki, fransız demokratiyasını millətlərə və xalqlara sırıya biləcəkdir. Onun da iç üzünü hakimiyyətdən gedəndən sonra dünya yaxşı gördü.
Hazırda fransızların başçısı Sarkozi öz hərəəkətləri ilə daha da irəli gedib xalqını dünyada “məşhur” etmək niyyətindədir. O, hakimiyyətə gəldiyi ilk gündən fransızlara nümunə kimi birinci olaraq xanımını dəyişdi. Özü də manekenə! Az keçmədi ki, Sarkozi öz fikri ilə yeni ideyalar ortaya atdı. Ayrı-ayrı dövlətlərin başçıları ilə gah dostluq, gah da pərdəarxası oyunlara girməyə cəhd etdi. Növbəti oyunu yenə əvvəlkilərin dövründə olduğu kimi “erməni soyqıırımı”nı gündəmə gətirməsi ilə bağlı oldu. Bu dəfə o, sələflərindən irəli gedərək dünyada analoqu olmayan qanun layihəsi hazırlatdırıb onu senatdan keçirməyə cəhd göstərdi. Bu da ondan ibarətdir ki, əgər bir kəs erməni soyqırımının olduğunu inkar edirsə, o, bir ilə qədər həbs cəzası alacaq və ya 45 min avro cərimə olunacaq. Bu qanunla Sarkozi özlüyündə bir güllə ilə iki dovşan vurmaq istəyib. Hamıya məlumdur ki, Avropa iqtisadi böhran içindədir. Fransanın özü də bu böhranın ağuşundadır. Sar ğözlü Sarkozi belə düşünüb ki, dar ayaqda hər bir kəsi sorğu-suala tutub 45 min avro cərimələməklə bəlkə də böhrandan xilas olacaq. O biri yandan da babalarının türklərlə keçmiş ədavətini çürütmək istəyir. Ancaq sonda bəlli olur ki, Sarkozinin pərdəsi yırtılıb. Qaş düzəltmək əvəzinə vurub gözü də çıxarıb.
Bu qanundan sonra həm fransız xalqı, həm də fransız senatı çaşqınlıq içində qalıb. Bir qrup daş atıb başını tutur ki, biz dünyada biabır olmuşuq, indiyə kimi qazandığımız demokratiya hara, bu əndrabadi qanun hara?! Bir qrup isə çaşqınlıq içində öz qondarma qanunlarını yenidən dərk edib bunun nə fəsadlar törədə biləcəyini anlayır. Məsələn, fikir söyləyirlər ki, ay dadi-bidad axı, bu erməni kimdir ki, biz bunun ucbatından bütöv türk dünyası, eləcə də İslam aləmi ilə üzbəüz durmuşuq. İndi xalqlar, ayrı-ayrı dövlətlər üstümüzə gülürlər ki, dünyada cəmi sayı 10 milyona çatmayan bir şovinist millət üçün bu qədər göz yaşı tökməyə dəyərmi?
Açığı fransızların əksəriyyəti heç erməninin kim olduğundan da məlumatlı deyillər. Əgər bir farnsızı qəfil saxlayıb ermənilərin harada yaşadığını soruşan olsa bu sualın qabağında onsuz da aciz qalacaqlar. Doğrudan erməni kimdir? Onlar harada yaşayırlar? Suriyadamı, Türkiyədəmi, İrandamı, Rusiyadamı, Amerikadamı, Fransadamı, Qarabağdamı və ya Ermənistandamı? Parça-parça olub etnik həyat tərzi keçirən, qanı onlarla millətin qanına qarışmış, dili dillərdən yaranmış bu ermənilər nə yaman belə mətah olublar?
Fransızları düşündürən başqa bir məsələ də var. Tutaq ki, qanun qəbul olunub. Bəs, onun icrası necə olacaq? Kim kimdən sorğu etməlidir ki, ay filankəs, sən erməni soyqırımını inkar və ya təsdiq edirsənmi? Yaxud da götürək hər hansı fransızı, həmçinin başqa dövlətin Fransadakı vətəndaşını. Tutaq ki, bu şəxs soyqırımı rəsmi inkar edir, sonra da bu ölkədən baş götürüb gedir. Onda Fransa hökuməti bu şəxsi hansı yolla tapıb cəzalandırmalıdır. İnterpola nə adla sorğu verməlidir? Bütün bunlar da fransızları düşündürən ciddi problemlərdi. Və yaxud başqa tərzdə oldu ki, fransız xalqının hamılıqla ağlı başına gəldi. Hamı durub soyqırıımını inkar etdi, onda Sarkozinin başçılıq etdiyi hökumət bütövlükdə Fransa xalqını cəzalandıracaq? Vallah, çox gülməlidir!
Son vaxtlar bəzi məlumatlar çatdırılır ki, guya Sarkozi seçkidə qələbə çalmaq xatirinə bu oyunlara gedib. Axı, bu heç cür ağlabatan deyil. Çünki Fransada yaşayan üç-beş erməninin səsini yığmaqla prezident kürsüsünə sahib olmaq mümkün deyil. Əslində ermənilərin nə Fransada, nə də dünyada heç bir diasporu yoxdur. Çünki diaspor etnik xalqlara, millətlərə məxsus deyil. Diaspor böyük millətlərə xasdır. Bu yerdə torbada pişiyin olması ortaya çıxır. Sən demə, diasporu məqsədli yaradanlar var. Böyük türk dünyasının başını qatmaq, onun inkişafına hər vəchlə mane olmaq üçün bu cür çox diasporalar meydana atılıb. Fransızlar da ta qədimdən neçə illərdir ki, boyük Türkiyənin qarasına qamçılayırlar. Gah arxadan, gah öndən, açıq, örtülü zərbələrini vurmağa can atırlar. Ancaq bir şey çıxmır ki, çıxmır. Tanrı Türkün tərəfində olduğundan türk işığı daim cılızların gözünü qamaşdırıb.
Bu yandn da necə illərdir ki, Qarabağ məsələsi düyünə düşüb. Çox qəribədir ki, bu düyünün açılmasını biz geniş ürəkliklə bir tərəfdən də fransızlara etibar etmişik. Bu bizim etibarımız, o da Fransa prezidenti Sarkozinin ağılsız qanunu. Təkcə bu qanunla acı bağırsaq kimi uzanan Qarabağ məsələsində Fransanın Minsk qrupunda həmsədr kimi fəaliyyət göstərməsi gülüncdən gülünc və mümkünsüzdür. Türkün böyüklüyündən qorxuya düşən etnik ermənilərin şovinist balalarını ağlayan Fransa hökuməti hansı haqla nüfuzlu beynəlxalq təşkilatda ədalət arayııcısı ola bilər?
Bu gün Sarkozinin özü də qəfəsə salınmış yoluq şir qismindədir. Özü qurduğu tələyə özü düşüb. Bir yandan dünyanın qınağı, bir yandan Türk dünyasınınm basqısı, o bira yandan isə ATƏT-in Minsk Qrupunda Fransanın artıq təmsil olunmasının qeyri-mümkünlüyü. Bunlardan da maraqlısı odur ki, ermənilər də artıq Sarkozinin təkidlə icad etdiyi bu qanuna qarşı çıxırlar. Türkün içində yaşayan ermənilərin özləri qara-qışqırıq salıb Sarkoziyə qarşı çıxıblar. Belədə Sarkoziyə adamın yazığı gəlir. Pərdə arxasında nə işlər görüb, nələr qazanacağını bilmirik ancaq pərdəsi deşiləndən sonra “qazancı” göz qabağındadır.