Modern.az

Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər - faktlar və sənədlər - II YAZI

Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər - faktlar və sənədlər - II YAZI

Ölkə

24 Aprel 2012, 09:06

Ermənilər tarixin yadda qalan kəsiyindən bu yana xalqımıza qarşı “ermənilik” (insanlığa sığmayan, yalnız onlara məxsus olan iyrənc, vandal addımlar) etmək üçün hər zaman əlverişli məqam axtarıblar.

Modern.az  “Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər-faktlar və sənədlər” adlı yeni silsilə yazılara start verib. Bu yazılarda Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində və ətraf  rayonlarda ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsində törədilən cinayətlər diqqətə çatdırılacaq. Əsasən faktlar və sənədlər əsasında olacaq yazıda rəsmi qurumların təqdim etdiyi faktlardan istifadə olunub.

Erməni cinayətləri (1988-1990-cı illər)

15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı kəndində X.İsmayılovun evi partladılır, 3 nəfər həlak olur.

1988-ci ilin yayında Xankəndi Uşaq xəstəxanasında həkim-rentgenoloq  işləyən  əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşları tərəfindən xəstəxananın həyətində döyülərək qətlə yetirilir.

5 iyul 1988-ci il tarixdə ermənilər tərəfindən Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə atılmış  əl qumbarası nəticəsində iki partlayış hadisəsi baş vermiş və iki nəfər mülki şəxs yaralanır.

28.06.1989-cu il tarixdə ermənilər tərəfindən Bədərə kəndindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanırlar.

16 oktyabr 1989-cu il tarixdə iki nəfər Kərkicahan qəsəbə sakinləri evə qayıdarkən ermənilər tərəfindən qətlə yetirilir.

19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerli sakinlər Q.Bayramov və İ.Qafarov qətlə yetirilir.

14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas kəndi yaxınlığında kənd sakini Babaşov qətlə yetirilir, azyaşlı X.Əliyev yaralanır.

17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ kəndində 9-cu sinif şagirdi T.Süleymanov qətlə yetirilir.

24 noyabr 1989-cu il tarixdə üç nəfər Qaradağlı kənd sakini qətlə yetirilir.

29 noyabr 1989-cu ildə Qubadlı rayonunda Q.Ələsgərov, T.Hümbətəliyev və Mehdiyev qətlə yetirilir.

9 yanvar 1990-cı il tarixdə Qaradağlı kəndi, N.Nərimanov adına

kolxozun   sədri   S.Bayramov qətlə yetirilmişdir;

31 yanvar 1990-cı ildə Gədəbəy rayonuda A.Cəmilov, M.Vəliyev,

A.Zeynalov, A.Qurbanov, İ.Hüseynov, F.Niftəliyev qətlə yetirilmişlər.

8 mart 1990-cı il  tarixdə iki nəfər Qaradağlı kənd sakini Vərəndəli

fermasında qətlə yetirilir.

4 mart 1990-cı ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndində 7

nəfər dinc sakin diri-diri yandırılıb, 1 nəfər yaralanıb, 13 yaşayış evi

partladılır.

4 mart 1990-cı il tarixdə erməni quldurları Qazax rayonunun Bağanis Ayrım kəndinə silahlı basqın edərək 7 nəfər azərbaycanlını qətlə yetirilir, 2  nəfəri isə ağır yaralanır (cinayət işi  11709).

24 mart 1990-cı il  tarixdə Bakı şəhərindən Bağanis-Ayrım kəndinə qonaq gedən,  əslən Qazax rayonu Çaylı kənd sakinləri olan 3 nəfər mülki şəxs

ermənilər tərəfindən qətlə yetirilir (cinayət işil 1709).

28 mart 1990-cı ildə Kərməçataq kəndində bir neçə yaşayış evləri

yandırılır, mal-qara aparılır, Azərbaycan KP VPK-nin dövlət hüquq şöbəsinin

sədri V.Zeynalov qətlə yetirilir.

29 mart 1990-cı il tarixdə ermənilərin Tovuz rayonunun Əlibəyli

kəndinə hücumu nəticəsində 3 nəfər yaralanır.

09 aprel 1990-cı ildə Qubadlı rayonunun Çayzəmi kəndində “UAZ-

462” markalı 96-92 AQD dövlət nömrə nişanlı avtomobil partladılır, nəticədə

rayon sakini Ş.Həsənov həlak olmuş, N.Mehdiyev və T.Eyvazov yaralanmışdır.96

26 iyun 1990-cı ildə Gədəbəy rayonunun Göyəli adlanan  ərazisində

yerli sakinlər Nuriyev, Nağıyev və Orucov qətlə yetirilir.

08 avqust 1990-cı ildə Laçın rayonunun  ərazisində “QAZ-53”

markalı avtomaşın partladılır, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır

yaralanır.

Erməni cinayətləri girovların dili ilə...

1962-ci il təvəllüdlü, Füzuli rayonu Bala Bəhmənli kənd sakini olan Tağıyev Yaqub Oruc oğlu erməni girovluğunda olub. O başına gələn müsibətlə barədə bunları deyir:

“1993-cu ilin avqust ayından 1995-ci ilin dekabr ayınadək erməni girovluğunda

olmuşam. Hadrut və Xocavənd rayonlarında, Şuşa həbsxanasında, Xankəndidə saxlanmışam. Ermənilər əsir və girovlara qarşı son dərəcə amansız rəftar edirdilər. Gözümün qabağında döyülərək, güllələnərək, yandırılaraq öldürülənlər olub. Füzulinin Şıxlı kəndindən Müşfiqi, Rafiqi, Qədiri, Ağdaş rayonundan olan İlqarı, Qubalı Laçını və məni ermənilər döyərək dözülməz hala salmışdılar. Bir dəfə hətta bıçaqla bizim bədənlərimizi deşir, siqaret kötüyü ilə yandırıb, zopa ilə döydülər. Laçın axır dözməyərək, ermənilərə müqavimət göstərdi. Bundan sonra onlar Laçının bədəninə 3 avtomat darağı boşaldaraq öldürdülər meyitini isə tualetə tulladılar.

Horadizdən olan Cahangir dayı var idi. Qoca kişi idi. Onu döyə-döyə öıdürdülər. Dədəli kəndindən olan Ənvər dayını da elə öldürdülər. Yaşlı adam idi. Onun  qulaqlarını avtomat gülləsi ilə kəsdikdən sonra, qollarını sındırdılar. İşgəncələrə dözməyən Ənvər dayı vəfat  etdi. Bizim başımıza bu oyunları açan erməni quldurları - Alyoşa, Artur, Lyova və Gorginin sifətlərini heç vaxt yadımdan çıxartmaram”.

Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədi

- 1958-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuş,

azərbaycanlı, erməni girovluğunda saxlanılmış Suleymanov Qarahəsən Abdulla

oğlu izahatında göstərib ki, 1993-cü ilin oktyabr ayında yeznəsi Məmmədov

Mehman Şura oğlu şəxsi “Moskviç” markalı maşınında ilə birlikdə Bakı şəhərinə

gedərkən Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində ermənilər tərəfindən girov

götürülüblər.

Girovluq dövründə o, ermənilər tərəfindən  azərbaycanlılara qarşı

aşağıdakı vəhşiliklərin şahidi olub:

- Belə ki, o, yeznəsi Məmmədov Mehman Şura oğlunun zopa ilə,

avtomatın qundağı ilə, dəyənəklə, dəmirlə ermənilər tərəfindən döyüldüyünün

şahidi olub. Döyülməkdən və işgəncələrdən Mehmanın  daxili orqanları

sıradan çıxıb və o, vəfat edib.

- Əslən Bakı şəhərindən olan Adil adlı şəxsə qarşı ermənilər tərəfindən

son dərəcə ağır işgəncələr verilib. O, bunlara dözməyərək özünü elektrik

cərəyanına toxunduraraq həlak olub.

- Həmkəndlisi Həsənov İlham Umud oğlu ermənilərin amansız

işgəncələrinə məruz qalması ilə əlaqədar bunlara dözməyərək vəfat edib.

- Ermənilərin girovluqda saxlanılmış şəxslərin üstünə quduz itləri

buraxaraq onları yedirtmələrinin şahidi olub, özünün döyülməkdən daxili

orqanları sıradan çıxıb.

                                                       

Qondarma “Dağlıq Qarabağ Respublikasın”da rəhbər vəzifələrdə işləmiş,

Xankəndi və digər yaşayış məntəqələrindən azərbaycanlıların kütləvi surətdə öz

doğma yurdlarından məcburi qovulmaları və qətlə yetirmələri üçün şərait yaradıb,

bu işi həyata keçirmək məqsədilə erməni quldur dəstələrini zəruri vəsaitlərlə təmin

edib. R.Köçəryan, S.Sarkisyan, A.Qukasyan, S.Babayan, Zoru Balayan və digərlərinin cinayət əməlləri barədə materiallar toplamaq məqsədilə Milli Təhlükəsizlik Nazirliyi xətti ilə əldə olunmuş məlumatların təhlili zamanı onların günahkar olduğu tam sübuta yetrilib.

Guya İnterpol və yaxud başqa bir təşkilat Zori Balayanın yerini bilmir?

Millət vəkili, Qarabağ müharibəsi zamanı Xocalı rayonunun İcra Hakimiyyətinin başçısı olmuş Elman Məmmədov deyir ki, ermənilər istər fərdi, istərsə də kütləvi şəkildə azərbaycanlılara qarşı cinayətlər törədib: “Məsələ burasındadır ki, bütün bu cinayətlərin hamısı araşdırılıb və çözülüb. Bunu törədən şəxslərin hamısının siyahısı da məlumdur. Həmçinin hadisələrin çoxlu sayda şahidləri var ki, elə bunlardan biri də mən özüməm. Hətta ermənilər törətdikləri cinayətləri də öz dilləri ilə etiraf edirlər. Hətta rəsmi səviyyədə bunlar açıqlanıb. Hələ Robert Koçaryan Ermənistanın prezidenti olan zaman  bir neçə dəfə öz cinayətlərini etiraf etdi. Hətta o qədər azğınlaşdı ki, Avropa Şurasının tribunasından hərbi əməliyyatlarda komandir kimi iştirak etdiyini, bununla fəxr etdiyi dedi. Həmçinin Ermənistanın indiki prezidenti Serj Sarkisyan da dəfələrlə Xocalı soyqırımında komandir kimi iştirakını söyləyib. Yaxud kitablarında törətdiyi cinayətləri yazan Zori Balayan. Bu siyahını çox uzatmaq olar. İndi qalan bircə məsələdir ki, bunlar nə zaman öz layiqli cəzaların alacaqlar. Məsələn, Zoru Balayan haqqında İnterpol xətti ilə axtarış elan edilib. Bu isə riyakarlıqdan başqa bir şey deyil. Guya İnterpol və yaxud başqa bir təşkilat Zori Balayanın yerini bilmir? Zori Balayan bütün dünyanı gəzir açıq-aşkar. Əgər tutmaq istəsələr çoxdan tutardılar. Necə oldu ki, Balkanlarda törədilər qətliyamlara görə, Miloşoviçi və digərlərini yerin deşiyindən də tapıb çıxardılar və mühakimə etdilər. Amma bu dığaları tapa bilmirlər guya. Onların yeri də işi də vəzifəsi də məlumdur. Sadəcə olaraq beynəlxalq hüquq bunu istəmir. Ziyafət Əsgərovun bir sözü var ki, “Beynəlxalq hüququn gücü yoxdur, gücün beynəlxalq hüququ var”. Bu gün beynəlxalq məhkəmələrə, təşkilatlara hələ ki, bu cinayətlərin çözülməsi sərf etmir. Xocalıda. Xocavənddə, Qaradağlıda, Meşəlidə və başqa yerlərdə törədilən soyqırımların təşkilatçılarını həbs etmirlər.

Xocalı soyqırımında baş verən hadisələrin hamısı mənim gözümün qarşısındadır. Xocalıda səkkiz ailə tamamilə məhv edilib. Əgər bütöv bir ailə öldürülürsə bunun özü ayrılıqda bir soyqırımı hadisəsidir. Bu isə həmin dövrdə Ermənistana rəhbərlik edən həm siyasətçilərin, həm də hərbiçilərin cinayətidir. Məsələn, Xocalıda Səlimovlar ailəsi var idi. Səlimova Nənəş ana idi. Onun gözləri qarşısında həyat yoldaşın və 3 oğlunun başını kəsiblər. Yaxud Qəhrəmanovlar ailəsi. Ailə başçısı Təvəkkül və onun həyat yoldaşın 3 azyaşlı uşağının gözü qarşısında ağaca bağlayıb diri-diri yandırıblar. Uşaqları isə buna baxmağa məcbur eləyiblər ki, baxın və gedin danışın ki, biz nəyə qadirik. Məsələn, Quliyev Zəkaranın ailəsi. Bir ailədən 11 nəfəri öldürüblər. İndi onların qəbirləri Ağcabədi qəbiristanlığındadır. Beynəlxalq təşkilatlar bu erməniləri müdafiə etməklə sabah özlərinin də başlarına bu cür hadisələrin gələcəyindən xəbərsizdirlər.

“Biz dövlət səviyyəsində bütün hüquqi addımları atmışıq”

Millət vəkili Fuad Muradov isə hazırda hərbi cinayətlərin beynəlxalq səviyyədə xüsusi bir məsələ kimi qabardıldığını deyir: “Avropa İnsan Haqqları Məhkəməsində Azərbaycandan olan məcburi köçkünlərin müraciətləri var. Ola bilər ki, indi bu müraciətlərə baxılmır və cinayətkarlar cəzasını almır. Amma bunun geci-tezi var. Nə vaxtsa cani öz layiqli cəzasına çatacaq. Dövlət səviyyəsində biz bütün addımları atmışıq. Ermənilərin bütün cinayətləri haqqında beynəlxalq məhkəmələrə təşkilatlara müraciətlər, sənədlər təqdim edilib. Amma təəssüf ki bu istiqamətdə irəliləyiş çox azdır. Bu o demək deyil ki, ermənilər çox qucaq açıblar. Məsələn, “ASALA” terror təşkilatının bütün üzvləri ya axtarışdadır, ya da onlara Avropaya giriş qadağan edilib. Bu da onu göstərir ki, artıq dünya erməni təhlükəsindən ehtiyatlanır. Həmçinin Milli Məclisdə də bu məsələlərin dəfələrlə müzakirələri olub. Bir daha qeyd edirəm ki, biz dövlət səviyyəsində bütün hüquqi addımları atmışıq. Amma hələ ki, buna müsbət nəticələr yoxdur”.

Orxan Əli

Ardı var...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı