“Bu, çox gözəl və təqdirəlayiq təşəbbüsdür. Mən hər zaman xüsusilə bu məsələyə həssas yanaşılmasının cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayıram”.
Modern.az xəbər verir ki, bunu “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov deyib.
O bildirib ki, həkim və müəllimlərin əməkhaqlarının yüksək olması göstərdikləri xidmətin keyfiyyətinə də müsbət təsir göstərir:
“Həkimlərin və müəllimlərin əməkhaqları yüksək olmalıdır ki, onların göstərdiyi xidmətin keyfiyyəti də yüksək səviyyədə qalsın. Çünki onlar birbaşa cəmiyyətin sağlamlığına və savadlılığına xidmət edən insanlardır.
Cəmiyyətin sağlam və savadlı gələcəyini formalaşdıran insanlara diqqət, hörmət və qayğının yüksək səviyyədə olması biz vətəndaşları çox sevindirir”.