Modern.az

Qarnıqurdlular...

Qarnıqurdlular...

Ölkə

13 Avqust 2012, 12:11

Tibbi klinikaların və şadlıq saraylarının reklamına baxmaqdan ötrü bizim evdə hər gün dava düşür. Arvad oğlumuzun toyu üçün şadlıq saraylarının telefon nömrələrini yazır, mən də klinikaların. Mən sağlamlığım üçün, arvad oğlumun toyu üçün artıq iki dərftərçəni telefon nömrəsi ilə doldurmuşuq. Budur ekranda qurd həkimi insanları inandırmaqdan ötrü dəridən-qabıqdan çıxır.

Qurd həkimi:

İnsan orqanizmində müxtəlif cür qurdlar olur. Onun əlamətləri aşağıdakılardır. Başgizəllənmə, ürəkbulanma, işathsızlıq, ağızda acılıq, quruluq xəstələrdə ciddi narahatlıq yaradır. Bu zaman xəstələr halsız olurlar, yuxuları pozulur, onlar dərin yuxuya gedə bilmirlər, qarın nahiyyəsində ağrılardan şikayətlənirlər. Bəzən ağrılar boğazın altına vurur. Kürəklərdə göynədici ağrılar, ayaqların və əllərin tərləməsi yüz faiz qurdun əlamətidir. Xəstələrin iştahası pozulur, tez-tez səbəbsiz ayaq yoluna getmək halları baş verir. Onlar uzun müddət ayaq üstə qala bilmirlər, yeriyəndə tez yorulurlar. Həyatda əyləncəyə maraq hiss olunmur. Onların ürəyi xəmir kimi acıyır, nə yemək istədiklərini özləri də bilmirlər. Tez-tez əsəbləşirlər. Gözləri zəif görür. Hər deyilən söz onları özündən çıxardır. Bir yerdə qərar tuta bilmirlər. Birdən elə olur ki, ağrılar döş qəfəsinə vurur, böyrün üstü nahiyyələrində küt ağrılar xəstəyə rahatlıq vermir. Gecələr xəstə yerindən tez-tez qalxır, boynunun dalında hissiyyat pozğunluqları özünü biruzə verir. Sidiyə tez-tez getmə, göynəmə, nəcisin rənginin qaralması ağır formada keçən qurd xəstəliyinin əlamətidir. Bu cür xəstələrdə rəng tez-tez avazıyır. Gözlərin altında şişkinlik yaranır, zəif eşitmə halları get-gedə artır. Qurd xəstəliyi xəstələrdə ürək döyünmə, taxikardiya, arterial təzyiqin tez-tez dəyişməsi, ən çox hallahrda yuxarı qalxmasına səbəb olur. Qanda eritositlərin miqdarı azalır. Tez-tez aritimiyalar baş verir. Xəstələr vaxtlı vaxtında düzgün müalicə olunmasalar aritimiyalar səyrici aritimiyalara keçə bilər. Bundan başqa gəyirmə, köp, qarında gurultuların olması qurd xəstəliyinin ağır gedişli formasına ciddi bir siqnaldır. Qara ciyərin böyüməsi və ya bərkiməsi öd kisəsi yollarında olan qurdların fəallığının artmasıdır. Qurd xəstəliklərində tez-tez ətraflar, xüsusən ayaq və əl barmaqları keyiyir. Bəzən elə olur ki, xəstələr səhv olaraq başqa həkimlərə müraciət edirlər. Bu da gecikmeə hallarına səbəb olur. Əgər onlar vaxtında qurd mütəxəssislərinə müraciət etsələr tezliklə bu ağır xəstəlikdən qurtula bilərlər. Bizim klinikada bu cür xəstələri heç bir dərman vermədən tezliklə xilas etmək olur. Həkimlərimiz Bakıda oxusalar da onların əksəriyyəti Moskvada iki aylıq kurs keçib, Amerikada sertfikat alıblar. Klinkalarımızda xarici həkimlər də bu sahə üzrə ciddi çalışırlar. Müasir tibbi avadanlıq və yüksək ixtisaslı həkimlər ancaq bizim klinikadadır. Telefon nömrələrimizi xatırladırıq.

Tez nömrəni yazıram və qərara gəlirəm ki, hökmən bu xəstəlik məndə  var.

 Kanalı dəyişirəm, o biri kanalda yenə həkim danışır. Ürək həkimidi deyən. Dayan, dayan deyib evdə sakitçilik yaradıram. Həyat yoldaşım darıxır və hirslənir ki, o biri tərəfdə şadlıq saraylarının reklamı başladı. Çünki oğlumuza toy edəcəyik. Amma neyləmək olar? Ən vacibi sağlamlıqdı. Sağlam bədəndə sağlam ruh olar. Sağlam olmasaq, toyu necə edə bilərik? Görək ürək həkimi nə deyir?

- Ürəyin işemik xəstəliyi get-gedə cavanlaşır. Ona görə də hamı ehtiyatlı olmalıdır. Özündə aşağıdakı əlamətləri hiss edən hər bir xəstə bizim klinikanın həkimlərinə müraciət etməlidir. İşemiya olan xəstələrdə iştahsızlıq, halsızlıq, qarın nahiyyəsində ağrılar olur. Xəstə tez-tez əsəbləşir, gün ərzində halsızlıq onu müşaiət edir. Yol gedərkən tez yorulur. Ürəkbulanma, başgicəllənmə xəstəni əldən salır. Arterial təzyiq tez-tez düşür və bəzən də olsun ki, yuxarı qalxır. Görmə qabiliyyəti zəifləyir, ətrafda xüsusən ayaq və əl barmaqlarında keyləşmə müşahidə olunur. Aritimiyalar günü-gündən artır. Əgər müalicə düzgün getməsə səyrici aritimiyanın baş verməsi reallaşa bilər. Bu cür xəstələrin heç nəyə həvəsləri olmur, yuxuya gedə bilmirlər, yuxu səthi olur, tez-tez yuxudan oyanırlar. Onların qara ciyərlərində və öd kisələrində baş verən xəstəlik nəticəsində yeni problemlər əmələ gəlir, xəstənin qara ciyərlərində, böyrəklərində küt ağrılar başlayır. Xəstənin ağzı acı olur, bəzən ağzı quruyur. Köp xəstəni narahat edir, xəstə tez-tez gəyirir. Səbəbsiz tez-tez ayaq yoluna gedir. Və bəzən də nəcisin qara rəngdə olması müşahidə olunur. Sidik ifrazı azalır, göynəmə halları baş verir. Əgər xəstələr vaxtında bizim kardioloqlara müraciət etsələr tezliklə bu ağrılardan can qurtara bilərlər. Bəzən elə olur ki, xəstələr adiyyatı üzrə olmayan həkimlərə müraciət edirlər. Bu da xəstənin vaxtında düzgün müalicə olunmasını ləngidir. Bizim klinikada Türkiyədə iki aylıq kursda olmuş yüksək ixtisaslı həkimlər çalışır. Müasir tibbi avadanlıqlar yalnız bizim klinikadadır. Buyurun müraciət edin, biz daim sizin qulluğunuzda hazırıq. Telefon  nömrələrimizi bir də xatırlaıdırıq.

Mən tez nömrəni yazıram. Hökmən xəstəliyim budur. Mən canımın hayındayam, arvad da şadlıq saraylarının reklamlarını həsrətlə gözləməkdədi.

  Elə bu zaman oğlum içəri girir:
- Ata işıqpulu yığan gəlib.
Qələm əlimdən düşür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı