Modern.az

Mozdokda 8 azərbaycanlının məzarı tapıldı - SİYAHI

Mozdokda 8 azərbaycanlının məzarı tapıldı - SİYAHI

Ölkə

13 Dekabr 2012, 10:09

Rusiyanın Şimali Osetiya Respublikasının Mozdok rayonunun Vesyoloye kəndində İkinci Cahan müharibəsində həlak olmuş 8 azərbaycanlının məzarı tapılıb. Modern.az bildirir ki, bu barədə Mozdok şəhərindəki Azərbaycan Cəmiyyətinin üzvü Roza Cabbarova məlumat verib. Dekabrın 22-də Vesyoloye kəndində  həmin  soydaşlarımızın şərəfinə abidə ucaldılacaq. Tədbirin təşkilatçıları müharibə qurbanlarının qohumlarını abidənin açılışına dəvət ediblər. 1942-ci ildə sovet ordusunun Mozdok uğrunda alman faşistlərinə qarşı  apardığı ağır döyüşlərdə qurban getmiş həmin azərbaycanlılar aşağıdakılardır (təəssüf ki, bəzilərinin ad, yaxud atalarının adları göstərilməyib):

1) Abdullayev Bəşir Ələkbər oğlu- 1921 (anadan olduğu il)

2) Baxşəliyev Baxşəli ?  - 1923

3) Qənbərov Məmməd Hüseyn oğlu – 1921

4) Kərimov Allahverdi ? – 1916

5) Mustafayev  ?  Mustafa oğlu -1914

6) Sadıqov Əlibala Məmməd oğlu - 1920

7) Məmmədov Fərhad Mustafa oğlu - 1903

8) Xasıyev Əliməşədi Məhəmməd oğlu – 1898

Bu soydaşlarımızın əzizləri  yaxud qohumlarından  aşağıdakı nömrəyə zəng etmələri xahiş olunur:

0513470537

Sultan Laçın

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı