Modern.az

Gülər Əhmədovanın həbsinə dair müəmmalı xəbərlər...

Gülər Əhmədovanın həbsinə dair müəmmalı xəbərlər...

Ölkə

18 Dekabr 2012, 09:12

Ötən gecə sabiq deputat Gülər Əhmədovanın həbsi ilə bağlı bir-birni təkzib edən xəbərlər yayılıb. Bir neçə xəbər saytı əvvəlcə G.Əhmədovanın ölkəni tərk etmək istəyərkən polis tərəfindən saxlanıldığı barədə məlumat verib, lakin sonradan bu, təkzib olunub.

Məsələn, "Lent.az" saytı G.Əhmədovanın evində həbs edilərək aparıldığını ailəsindən təsdiqlədiklərini bildiri, amma bu məlumat yayılandan təxminən 1 saat sonra əvvəlcə onun qardaşı İlqar Mikayıloğluna istinadla keçmiş deputatın evində olduğu xəbər verilib.
Ardınca sayt sabiq deputatın bacısı Gülnar Əhmədova ilə danışa bildiklərini qeyd edib. Bacısı Gülər xanımın saxlanılmadığını vurğulayıb.

Sayt yazıb ki, daha sonra G.Əhmədova özü telefonu alıb və saxlanılıb-saxlanmaması barədə suala belə cavab verib: "Mən danışmayacam". Bundan sonra o, telefonu qapadıb.

Sabiq deputatla bağlı bu cür xəbərləri "Haqqın.az" saytı da yayıb. Əvvəlcə bildirilib ki, G.Əhmədova həbs edilib, bir qədər sonra onun hətta Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlandığı, sənədlərinin məhkəməyə hazırlandığını iddia olunub. Lakin bu sayt da sonradan əməkdaşının G.Əhmədova ilə əlaqə saxlaya bildiyini və keçmiş deputatın öz evində olduğunu yazıb. "Haqqın.az" ən sonda xəbər verib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları G.Əhmədovanı həqiqətən də saxlayıblar. Ancaq təxminən 3 saatdan sonra sərbəst buraxıblar.

G.Əhmədovanın həbsi barədə daha bir xəbəri "aznews.az" saytı yayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı