İnsanın xoşbəxt olduğu ən yaxşı yaş dövrü müəyyənləşib. Amerika alimlərinin apardığı elmi araşdırmalar maraqlı nəticələr ortaya çıxarıb. Bəlli olub ki, insanlar özlərini 74 yaşından sonra xoşbəxt hiss edirlər.
Modern.az MIGnews Agentliyinə istinadən bildirir ki, məsuliyyət hissinin daşımaması, maliyyə təhlükəsizliyi, vaxtın daha çox özünə sərf etməsi –bütün bu faktorlar 74 yaşlı insanları Yer kürəsinin ən xoşbəxt adamları edir. Alimlərin rəyincə yeniyetməlik dövründən 40 yaşa qədər olan period ərzində insanların xoşbəxtlik səviyyəsi ardıcıl olaraq azalır. 46 yaşına qədər bu səviyyə yerində qalır. 46 yaşdan başlayaraq xoşbəxtlik hissi artmağa başlayır və 74 yaşında özünün pik nöqtəsinə çatır.
Elmi tədqiqatlar Almaniya və Ameriakada müxtəlif yaşlı insanlar arasında anket sorğusu vasitəsilə aparılıb. Sorğuya görə onlar xoşbəxtlik səviyyəsini 1-7 bal arasında qiymətləndiriblər. Yeniyetmələrin orta balı 5,5 olub. 40 yaşlılarda bu səviyyə 5 dəfə aşağı düşüb. Qəribədir ki, 74 yaşlılar arasında bu 5.9 dəfə yüksək olub.
Modern.az