Müsavat başqanı İsa Qəmbər bu gün “El” Hərəkatının təqdimat mərasimində çıxış edib. İlk olaraq təbriklərini çatdıran İsa Qəmbər bu işdə “El”ə uğurlar arzu edib. Eyni zamanda Müsavat başqanı qarşıdakı prezident seçkilərinə də toxunub:
“Bu təşkilat cəmiyyətin müəyyən bir hissəsini öz ətrafında toplaya biləcək. Mən siyasətçiləri prezident seçkisində iştiraka dəvət edirəm. Fərqi yoxdur Eldar Namazov və ya digərləri seçkilərdə iştirak etsin. Əsas odur ki, bu yolda ciddi addım atılsın. Biz buna görə əməkdaşlığa hazırıq”,-deyə İsa Qəmbər vurğulayıb.
Anar Rüstəmov